Məsxərə

Məsxərə
Qadın və Din
10.09.2017 37
Məsxərə və ya istehza — kimlərinsə əxlaqi və cismi xüsusiyyətlərinə
gülmək və ya güldürmək məqsədilə qeyri-adi tərzdə bəyan və ya təqlid
olunmasına deyilir. Möminlərin şəxsiyyət və mənəviyyatına xələl
gəlməsinə və onların təhqir olunmasına səbəb olduğu üçün islam dinində
kiminsə məsxərə və ya istehza olunması qətiyyətlə pislənilir.
Qurani-Kərimdə möminlərə etinasız yanaşanlar və onları xar və rüsvay
etmək istəyən şəxslər haqda deyilir:

«...Şərəf-şan da, qüvvət və qələbə də yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur...»

Başqa bir ayədə deyilir:

«İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır».

Peyğəmbər (s) buyurur:

Allah-taala buyurur: And olsun Öz izzəti-cəlalıma! Elə bir məxluq yaratmadım ki, onu mömin bəndələrimdən çox sevmiş olum.

Cabir ibni Abdullah deyir: Bir gün Peyğəmbər (s) Kəbəyə nəzər salıb buyurdu:

Mərhaba sənə ey Kəbə! Allah yanında nə qədər hörmətin var. And içirəm
ki, Allah yanında möminlərin hörməti səndən çoxdur. Çünki, Allah-taala
səni bir, möminləri isə üç şeyə görə hörmət sahibi etmişdir. Onların
malı, canı və haqlarında kimsəyə bədbin olmaq halal edilməmişdir.

İmam Baqir (ə) buyurur:

Möminlərin hörməti Kəbədən daha çoxdur.

Allah-taala möminlər üçün olduqca böyük hörmət və ehtiram müəyyən
etmişdir. İmam Sadiq (ə) bu haqda buyurur: Allah-taala buyurur:

Mömin bəndəmi xar və rüsvay edən kəslər Mənimlə müharibəyə hazır
olsunlar. Mömin bəndələrimi əziz tutan kəslər isə özlərini qəzəbimdən
amanda qalacaqlarına əmin olsunlar.

Məsxərə və istehza möminlərin mənəviyyatına böyük zərbə vurduğu üçün
Quran və nəql olunmuş hədis və rəvayətlərdə bu xoşagəlməz xüsusiyyətin
tərk olunmasına qətiyyətlə təkid olunur.

Hucurat surəsinin 11-ci ayəsində deyilir:

«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki,
lağa qoyulanlar lağa qoyanlardan [Allah yanında] daha yaxşı olsunlar.
Qadınlar da bir-birinə rişxənd etməsinlər. Bəlkə, rişxənd olunanlar
rişxənd edənlərdən daha yaxşıdırlar...»

Başqa bir ayədə möminlərin məsxərə olunması münafiqlərə xas olan xüsusiyyətlərdən biri kimi göstərilir:

«Onlar möminlərlə qarşılaşdıqları zaman: Biz də [sizin kimi] iman
gətirdik, — deyirlər. Halbuki öz şeytanları ilə [onları aldadan dostları
ilə] təkbətək qalanda: Biz də sizinləyik, biz ancaq [möminlərə] istehza
edirik, — deyirlər».

Tövbə surəsinin 79-cu ayəsində isə möminləri istehza edən kəslərə
kəskin cavab verilərək axirət günü böyük əzaba düçar olacaqlarına
xəbərdarlıq edilir:

«Könüllü surətdə [bollu] sədəqə verən möminlərə tənə edənləri və
güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları
Allah Özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar
olacaqlar!»скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!