Məsumların nurlu kəlamlarından 500 hədis (401-420)

Məsumların nurlu kəlamlarından 500 hədis (401-420)
Qadın və Din
10.09.2017 36
Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Hədis 401: İmam Sadiq (ə) buyurur: "Həqiqətən, xalqın ən çətin bəlalar görəni peyğəmbərlər, sonra onların ardınca gedənlər, sonra isə tərtiblə məqamına görə Allaha yaxın olanlardır.”



Hədis 402: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Ümmətim üçün iki şeydən daha çox qorxuram: nəfs istəyi və uzun-uzadı olanarzular.”



Hədis 403: İmam Sadiq (ə) buyurur: "Pis xasiyyətli adam özünə əzab verir.”



Hədis 404: İmam Sadiq (ə) buyurur: "Hətta ona qarşı zülmkar olan ata-anasına düşmən nəzərlə baxan kəsin namazını Allah qəbul etməz.”



Hədis 405: İmam Sadiq (ə) buyurur: "Mö`mini məzəmmət edən kəsi Allah dünya və axirətdə məzəmmət edəcəkdir.”



Hədis 406: İmam Sadiq (ə) buyurur: "Dua etməyi unutmayın, çünki dua hər dərdin dərmanıdır.”



Hədis 407: İmam Sadiq (ə) buyurur: "Həqiqətən, rahatlıq vaxtı edilən dua, bəla vaxtı olan ehtiyacları aradan aparar.”



Hədis 408: İmam Sadiq (ə) buyurur: "Allaha edilən hər bir dua, Məhəmməd və Ali-Məhəmmədə salavat göndərmədikcə, səmaya qalxa bilmir.”



Hədis 409: İmam Sadiq (ə) buyurur: "Rastlaşdığın hər bir adama salam vermək təvazökarlıqdandır.”



Hədis 410: İmam Rza (ə) buyurur: "Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, bu silah nədir?Buyurdu: Dua!”



Hədis 411: Həzrət Əli (ə) buyurur: "Allahın ona verdiyindən razı olan insan xalqın ən ehtiyacsızıdır.”



Hədis 412: Həzrət Əli (ə) buyurur: "Allahın yanında ən ağır günah odur ki, şəxs günahını yüngül saya.”



Hədis 413: Həzrət Əli (ə) buyurur: "Allah üçün ən pis (mənfur) şəxs qeybət edən adamdır.”



Hədis 414: Həzrət Əli (ə) buyurur: "İnsanların ən acizi dua etməkdə aciz olandır ( dua etməyənlərdir).”



Hədis 415: Həzrət Əli (ə) buyurur: "Xataların (səhvlərin) ən böyüyü dünya sevgisidir.”



Hədis 416: Həzrət Əli (ə) buyurur: "Xalqa daha çox xeyir verən kəs xalqın ən fəzilətlisidir.”



Hədis 417: Həzrət Əli (ə) buyurur: "İmanın ən möhkəm bağı Allaha görə dostluq və Allaha görə düşmənçilikdir.”



Hədis 418: Həzrət Əli (ə) buyurur: "Başqalarına eyib bildiyini özünə də eyib bil.”



Hədis 419: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allahın ən sevdiyi iş dili saxlamaqdır.”



Hədis 420: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allah qarşısında ən yaxşı yemək çox adamın oturduğu süfrədəki yeməkdir.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!