Məsumların nurlu kəlamlarından 500 hədis (421-440)

Məsumların nurlu kəlamlarından 500 hədis (421-440)
Qadın və Din
10.09.2017 9
Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Hədis 421: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allah qarşısında ən yaxşı bəndə xoş xasiyyət olanıdır.”



Hədis 422: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allah qarşısında ən sevimli bəndə Onun bəndələrinə daha faydalı olan kəsdir.”



Hədis 423: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "İmanını xalis (riyasız) et ki, az ibadət belə sənə kifayət etsin.”



Hədis 424: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Xalqın ən təqvalısı xeyrinə, yada zərərinə belə olsa, həqiqəti deyən kəsdir.”



Hədis 425: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allah qarşısında ən yaxşı iş, davamlı olan işdir, azolsadabelə.”



Hədis 426: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Özün üçün istədiyini xalq üçün də istə ki, mö`min olasan.”



Hədis 427: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allah qarşısında vacib əməlləri yerinə yetirdikdən sonra ən yaxşı iş müsəlmanı şad etməkdir.”



Hədis 428: Həzrət Əli (ə) buyurur: "İstər zarafata, istərsə də ciddi olaraq dediyi yalanı tərk etməyən kəs bizlərdən deyil.”



Hədis 429: Həzrət Əli (ə) buyurur: "Heç bir əməl yalan kimi çirkin deyil.”



Hədis 430: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "İmanla küfr arasındakı məsafə namazın tərki qədərdir.”



Hədis 431: İmam Rza (ə) buyurur: "Hər gün özünü hesaba çəkməyən, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir.”



Hədis 432: İbn Abbas (r) nəqledir: "Həzrət Əlinin (ə) xidmətində olduğum vaxt onun öz ayaqqabısını yamadığını gördüm. İmam (ə) soruşdu ki, bu bir tay ayaqqabının qiyməti nə qədərdir? Dedim ki, dəyəri yoxdur. Həzrət (ə) buyurdu: "And olsun Allaha, haqqı ayağa qaldırıb, batili məhv etmək istəməsəydim, mənim üçün bu bir tay ayaqqabı sizə hakimiyyətdən dəyərli olardı.”



Hədis 433: İmam Təqi (ə) buyurur: "Mö`minin izzəti xalqa möhtac olmamasındadır.”



Hədis 434: İmam Sadiq (ə) buyurur: "İnsanlar üç qisimdirlər: alimlər, tələbələr və su üstə olan saman çöpü kimi adamlar (nə öyrənən, nə də öyrədənlər).”



Hədis 435: İmam Həsən (ə) buyurur: "Əgər müstəhəb işlər vacib işlərə zərər vurursa, onları boşlayın.”



Hədis 436: İmam Kazım (ə) buyurur: "Allah, çox yatıb, bekar gəzən bəndəsini düşmən tutur.”



Hədis 437: Həzrət Əli (ə) buyurur: "Allaha qarşı itaətsizlik edilməyən gün bayramdır.”



Hədis 438: Həzrət Əli (ə) buyurur: "Ən pis adam səhvi bağışlamayan və eybi örtməyəndir.”



Hədis 439: İmam Həsən (ə) buyurur: "Xalqla elə davran ki, səninlə o cür davranmasını istəyirsən.”



Hədis 440: İmam Səccad (ə) buyurur: "Ən qiymətli adam dünyanın kimin əlində olmasına e`tina etməyəndir.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!