Məsumların nurlu kəlamlarından 500 hədis (441-460)

Məsumların nurlu kəlamlarından 500 hədis (441-460)
Qadın və Din
10.09.2017 14
Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Hədis 441: İmam Kazım (ə) buyurur: "Dünya malı dənizin (şor) suyu kimidir. Susuz adam bu sudan içdikcə daha da susayar, nəhayət, həlak olar.”



Hədis 442: Həzrət Məhəmməd (s.a.a.) buyurur:"Elmi öyrənib ona əməl etməyən adamı Allah qiyamət günü məhşərə kor gətirər.”



Hədis 443: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Elm və biliyi bağlayın. Soruşdular ki,necə bağlayaq? Buyurdu: Onu yazmaqla.”



Hədis 444: Həzrət Əli (ə) buyurur: "Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin.”



Hədis 445: Həzrət Əli (ə) buyurur: "Tövbə qapısı açıq ikən günahının bağışlanacağından ümidini üzmə.”



Hədis 446: Həzrət Əli (ə) buyurur: "Yalnız öz fikrinə istinad edən kəs büdrəyər.”



Hədis 447: İmam Baqir (ə) buyurur: "Elmi fayda verən alim yetmiş min abiddən üstündür.”



Hədis 448: İmam Baqir (ə) buyurur: "Dünyasını axirətinə, axirətini isə dünyasına görə tərk edən kəs bizdən deyildir.”



Hədis 449: "(Həzrət Peyğəmbərdən (s.a.a.) soruşdular ki, ən pak qazanc nədir? Buyurdu:) İnsanın özəli ilə qazandığı.”



Hədis 450: Həzrət Əli (ə) buyurur: "Ataların özövladları üçün qoya biləcəyi ən böyük irs ədəb və düzgün tərbiyədir.”



Hədis 451: Həzrət Əli (ə) buyurur: "Günahdan çəkinən şəxs yaxşı iş görən şəxs kimidir.”



Hədis 452: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Ehtiyacı olmadığı halda mö`min qardaşının görüşünə gedən şəxs Allahın görüşünə getmiş kimidir.”



Hədis 453: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Bir şəxsə var-dövlətinə görə ehtiram göstərən şəxsə Allah lə`nət etsin.”



Hədis 454: Həzrət Əli (ə) buyurur: "Həyat ölümə necə də yaxındır!”



Hədis 455: Həzrət Əli (ə) buyurur: "Əta etdiyini çox da böyük hesab etmə, sən özün ondan da böyüksən.”



Hədis 456: Həzrət Əli (ə) buyurur: "Nə yaxşı olar ki, insan aza qane olsun, çox əta etsin.”



Hədis 457: Həzrət Əli (ə) buyurur: "Yeməkdə orta həddi gözləyənin sağlamlığı və düşüncəsi təmiz olar.”



Hədis 458: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Batini zahirinə müxalif olan kəs münafiqdir.”



Hədis 459: "(Həzrət Peyğəmbərdən (s.a.a.) soruşdular ki, ən yaxşı əməl nədir? Buyurdu:) Əvvəl vaxtda qılınan namaz.”



Hədis 460: Həzrət Məhəmməd (s.a.a.) buyurur:"Çox danışmağı tərk et, istəyinə çatacağın qədər danışmağın kifayət edər.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!