Məsumların nurlu kəlamlarından 500 hədis (481-500)

Məsumların nurlu kəlamlarından 500 hədis (481-500)
Qadın və Din
10.09.2017 39
Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Hədis 481: İmam Riza (ə) buyurur:"Allahın az ruzisinə razı olan kəsin Allah da az əməlinə razı olar.”



Hədis 482: İmam Sadiq (ə) buyurur:"Bizim şiələrimiz onlardırlarki, təklikdə Allahı çox zikr edərlər.”



Hədis 483: Həzrət Əli (ə) buyurur:"Başqalarında eyb axtarmaq ən pis eyb və ən pis günahdır.”



Hədis 484: İmam Hüseyn (ə) buyurur:"Mö`minin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.”



Hədis 485: Həzrət Məhəmməd (s.a.a.) buyurur:"Ən güclü insan xalqa qalib gələn yox, nəfsinə qalib gələndir.”



Hədis 486: Həzrət Məhəmməd (s.a.a.) buyurur:"Bir şeyi bilmədən danışan kəsə göyün və yerin mələkləri lə`nət oxuyar.”



Hədis 487: İmam Səccad (ə) buyurur:"Camaat elm oxumağın faydalarını bilsəydilər, qanları axıdılmaqla, dəryalara baş vurmaqla olsaydı da belə, yenə təhsil ardınca gedərdilər.”



Hədis 488: Həzrət Əli (ə) buyurur:"Ən güclü günah şəhvətə tabeçilikdir. Ona itaət etməyin, yoxsa düşüncənizi Allahdan uzaqlaşdırar.”



Hədis 489: Həzrət Məhəmməd (s.a.a.) buyurur:"Hər kəs qırx gün Allaha ixlasla (riyasız) ibadət etsə, Allah hikmət çeşməsini onun qəlbindən dilinə axıdar.”



Hədis 490: Həzrət Əli (ə) buyurur:"Məzluma kömək və qəmgini şad etmək böyük günahların kəffarələrindəndir.”



Hədis 491: Həzrət Əli (ə) buyurur:"Başqaları üçün pis hesab etdiyin işlərdən uzaqlaşmaq ədəbli olmağın üçün kifayətedər.”



Hədis 492: Həzrət Əli (ə) buyurur:"Başqalarından bildiyin pis əməllərə göz yumma qənşərəfli əməllərdəndir.”



Hədis 493: Həzrət Məhəmməd (s.a.a.) buyurur:"Günahın kiçikliyinə yox, kimə qarşı günah etdiyinə bax.”



Hədis 494: Həzrət Məhəmməd (s.a.a.) buyurur:"Ölümü çox yada salın, çünki ölümü xatırlamaq günahları yuyur və insanı dünyaya qarşı e`tinasız edir.”



Hədis 495: Həzrət Məhəmməd (s.a.a.) buyurur:"Allah insana onun xoş xasiyyətinə görə Allah yolunda cihad edənlərin mükafatını verər.”



Hədis 496: Həzrət Məhəmməd (s.a.a.) buyurur:"Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Ona minən nicat tapar, ondan üz çevirənsə qərq (həlak) olar.”



Hədis 497: Həzrət Məhəmməd (s.a.a.) buyurur:"Ya Əli, səni sevib, məhəbbətinə sadiq olan kəsin xoş halına və sənə düşmən olub, haqqında yalan danışan kəsində vay halına!”



Hədis 498: Həzrət Məhəmməd (s.a.a.) buyurur:"Başqa şeylər sizi özünə məşğul etməmiş, xeyir iş görməkdə qabağa düşün.”



Hədis 499: Həzrət Əli (ə) buyurur:"Ən böyük ehtiyacsızlıq qəlbdə arzulara yol verməməkdir.”



Hədis 500: İmam Sadiq (ə) buyurur:"Oruc tutarkən gözünüz və qulağınız da haramdan qorunmalı, bütün bədən üzvləriniz çirkin işlərdən uzaq olmalıdır.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!