Mən ona dərdimi danışdım, o mənə günahımı!

Mən ona dərdimi danışdım, o mənə günahımı!
Qadın və Din
10.09.2017 4
Mən ona dərdimi danışdım, o mənə günahımı!



Oturmuşdum güzgünün önündə…sanki nəsə tapmışdım kimi ona baxırdım.



Yox,nə daranmayan saçımı,nə də qırxılmamış üzümü görmürdüm.



Sanki məni sorğuya çəkən birini görürdüm.



Nə etdin? Nə edirsən? Nə etdiyini bilirsənmi,- deyə sual verirdi mənə.

 

Boynu bükük idim qarşısında,mən onun gözlərinin içinə baxa bilmirdim.



Sanki hər an boynu vurulsun əmrini verəcək bir kral kimi dik durmuşdu önümdə.



Daim beynimdə dönən məsələlər vardı anladacaq ona.. nə desəm,nədən başlasam deyə.



Sanki bütün yüklər mənim üzərimdə idi,sanki kimsə yük qoyurdu üzərimə durmadan.



Əzilən, altında qalan məndim,amma məcburdum bunu daşımağa.

 

Amma gəl ki, qarşımdakı buna yük kimi baxmırdi.O buna mənim bir parçam kimi baxırdı…günahlarım olaraq.



-Sən bu günahları özunə aid etmisən,daim təkrarlamısan və o günahlar artıq sənin bir parçan olub.



-Yox,yoox!Bunlar sadəcə müəyyən səbəblərdən doğan problemlərdir,- dedim.Amma dinləmədi.... günahkarsan dedi...



-İçmirəm,çəkmirəm,kiminsə də toyuğuna kiş demirəm.



Özümə haqq qazandırmaq istədim olmadı, qəbul olunmadı.. damga kimi vurdu üzümə.

 

-Mən sadəcə olduğum kimi görünürəm dedim, o isə sən insanların haqqına girirsən dedi!



-Mən düzgün olanı seçdim dedim, o sadəcə sənin üçün düzgün olanı, amma  hər kəs üçün düzgün olanı etmədin dedi!



-Neçə qəlbləri qırdın dedi, mən sadəcə onlara izah elədim dedim. Yox, yox , sən öz sevincin üçün qırdın qəlbləri dedi.

 

Danışdıqca batırdım onun önündə,sanki hər etdiyim hərəkəti mən ona deməmiş edirdim.



Onunla bunu bolüşmürdüm,paylaşmırdım.Onsuz qərar verirdim...



Hesab edirəm bu çoxlarımızda belədir...



Qərar verərkən, addım atarkən ona demirik...onunla paylaşmırıq..



Bu gün formalaşan cəmiyyətdə nə çox insan onsuz bu addımı atır.Bəzən onu belə düşünmür, hətta onun var olduğuna belə inanmır.Hər zaman nə etdim də düzgün etdim deyir.



Uçuruma gedən cəmiyyət 1 dəfə də olsun əlini onun üzərinə qoyub mən səni dinlədim demir.

 

Baxdım güzgüyə,baxdım gözlərimə…qoydum əlimi onun üzərinə və dedim:



-  Sən haqlısan, mən çox zamanlarda səni unutmuşam,sənsiz qərar vermişəm....



Və boynumu bükdüm onun qarşısında - VICDANIMIN!

 

Mən ona dərdimi danışdım, Vicdanım isə  mənə günahımı!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!