Cənnətə ilk girən ərinə sadiq qadınlar olacaq

Cənnətə ilk girən ərinə sadiq qadınlar olacaq
Qadın və Din
10.09.2017 65
Həzrəti Fatimatüzzəhra (r.a.) Həzrətləri bir gün atası Peyğəmbərimiz (s.a.s.)'ə:



— Atacan cənnətə ən öncə qadınlardan kim girəcək? deyə soruşdu.



Peyğəmbərimiz (s.a.s.):



— Filan məhəllədə bir qadın var. O qadın ilk cənnətə girəcək qadındır, buyurdular.



Həzrəti Fatimə çok merak etmişti:



— Məndən də mi əvvəl girəcək atacan? deyə soruşdu. Həzrəti Peyğəmbərimiz:



— Səndən də əvvəl girəcək, istəyirsən get bir tanış ol. O zaman sən də nədən öncə onun girəcəyini öyrənərsən, buyurdular.



Həzrəti Fatimənin o qadın haqqındaki marağı çox artmışdı. Bir gün qadının evini soruşa-soruşa tapdı, qapısını döydü, içəridən yaşlı bir qadın səsi eşidildi:



— Kimdir ?



Həzrəti Fatimə, özünü tanıdıb görüşmək istədiyini söyləyəndə qadın:



— Canım sənə fəda ey Allah Rəsulunun qızı. Sizinlə çox istərdim görüşmək. Fəqət çölə çıxmadığım üçün ziyarətinizə gələ bilmədim. Sizin məni axtarıb tapmağınız bir lütfdür. Ancaq mən ərimdən izn almadan sizə qapını aça bilməyəcəm. Sizdən çox üzr istəyirəm. Sabah gələrsiniz,içəri girməyiniz üçün izn alıb qapını açaram görüşərik,dedi.



Həzrəti Fatimə geri qayıtdı, qadın da məsələni ərinə danışıb izn aldı. İkinci gün qadınla görüşəcəyinə əmin olaraq gələn Həzrəti Fatimə yanına Həzrəti Həsəni də alıb gəldi. Qadının qapısını döyərək gəldiyini bildirdi. Fəqət qadın Həzrəti Fatimənın yanında bir uşaq olduğunun fərqinə varmışdı. Həzrəti Fatiməyə:



— Yanınızda bir uşaq da var. Mən yalnız sizin üçün izn almışdım, içəri siz girəbilərsiniz,amma uşaq çöldə qalar, istəyirsiniz sabah gəlin onun üçün də izn alım, bərabər içəri girərsiniz, dedi.



Həzrəti Fatimə ikinci dəfə içəri girmədən geri qayıtdı. Üçüncü gün yanına Həzrəti Hüseyini də alaraq getmişdi.- Qapıda yenə eyni durumla qarşılaşaraq Hüseyini içəri apara bilməyincə geri dönmək məcburiyyətində qaldı. Üçüncü gün üçü birdən getdiklərində qadın ərindən hər üçü üçün də izn almışdı, içəri girdilər. Həzrəti Fatimə bir də baxdı ki, içəridə onu qarşılayan çöldə səsindən tanıdığı qadın deyil. Gənc ve gözəl bir qadındır... Heyrətlə soruşdu:



— Sizinlə çöldən danışarkən səsiniz başqa idi, indi başqa, bu necə ola bilər? dedi.



Qadın;



— Sizinlə danışarkən səsim çölə çıxmaqda idi. Mən də səsimi yad kişi eşidər, günaha girərəm deyə ağzıma daş parçası alaraq danışırdım. İndi isə o daşı çıxardım, dedi.



Həzrəti Fatimənin gözləri yaşarmışdı.Atasının nədən cənnətə əvvəlcə bu qadının girəcəyini söylədiyini başa düşdü.



Qadın Həzrəti Fatiməyə:



— Ey Allah'ın Rəsulunun qızı! Bəs mən ərimə qarşı vəzifəmi yerinə yetirmiş olurammı? "Allah məni ərimə itaətsizlikden dolayı hesaba çəkər deyə qorxuram, dedi.



Həzrəti Fatimə atasının müjdəsini bildirdi:



— Xeyr!Əksinə sən atamın cənnətə ilk girəcək qadın deyə müjdələdiyi birisən.Heç bir qadın sizin etdiyinizin onda birini belə edə bilməz,dedi.



Və cənnətə ilk girəcək olan qadınla bir xeyli söhbət etdikdən sonra izn istəyərək oradan ayrıldı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!