Sevgi duası

Sevgi duası
Qadın və Din
10.09.2017 18
Rəbbim bir insan qoy qəlbiməAmma o insan sənin də sevdiyin olsun

Və mənə elə bir insan sevdir ki,

O insanın ürəyi Səni sevən bir məbəd olsun.

Məni elə bir insanla görüşdür ki,

Məndən əvvəl onunla görüşmüş olan Sən olasan

Onunla əl-ələ tutduğumuzda

İkimizin üzərində Sənin əlin olsun

Mənə elə gözlər göstər ki,

Mən o gözlərdən sənə baxım

Mənə elə bir sevgili ver ki,

O gözlər Cənnətə açılan iki pəncərə olsun

Onunla elə bir yolda gedək ki,

Bələdçimiz sən olasan ey Rəbbim

Elə bir sevgili ver ki mənə,

Ona sarıldığımda kainat bizə baxsın

Bir-birinə sarılsın

Sevgimiz qurdla quzuları barışdırsın

Bizə baxıb şeytan Adəmə səcdə etsin

Günah savab uğrunda özünü fəda etsin

Ölülər bir-bir oyansın sevgimizlə

Bizə elə bir sevgili ver ki,

Sevgimizdə Məhəmməd (s.a.s) sevilsin

Elə sevək ki bir-birimizi

Hz. Xədicə göylərdən bizə səslənsin

Və desin ki,

Ya Məhəmməd bax bu sevgililərə. Onlar bizdə... bizdə onlardayıq.

Bax Eşqimiz bir daha yaşanır yer üzündə..

Allah Eşqimizi elə çox sevir ki minlərlə insana yaşadır..



Allahım sevgini, Səni sevənin sevgisini və Səni sevməyə məni yaxınlaşdıranın sevgisini mənə nəsib et.

Allahım elə bir sevgi ver ki ürəyimə səhərə qədər namaz qılım yorulmayım.

Allahım elə bir sevgi ver ki, ürəyimə ən uzun günlərdə oruc tutum bezməyim.

Allahım elə bir sevgi ver ki, gəzdiyim gördüyüm hər yerdə sənin adını zikr edim..



Allahım əgər mən sənin cənnətini qazanmaq üçün ibadət etsəm qoyma məni
cənnətinə. Əgər cəhənnəmində yanmamaq üçün ibadət edirəmsə at məni
atəşə. Mən, Sənə olan eşqimdən ibadət edirəm . Sən istəsən Cənnətinə
qoyarsan istəsən Cəhənnəminə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!