Qaynana və qaynataya da ata-ana kimi itaət etmək lazımdırmı?

Qaynana və qaynataya da ata-ana kimi itaət etmək lazımdırmı?
Qadın və Din
10.09.2017 9
İslam baxımından ata-ananın hökmü bütün insanların hökmündən daha artıqdır. Belə ki, Quranda Allahdan sonra valideynin sözünə qulaq asmağımız və Allahın əmrinə zidd olmadığı halda, onlara tam itaət etməyimiz əmr olunub. Lakin qaynana və qaynatanın da ehtiramın gözləmək vacibdir. Çünki əvvəla, onlar hər şeydən əvvəl yaşca böyük ağsaqqal və ağbirçək şəxslərdir. İslam yaşca böyüklərə ehtiram göstərməyi tələb edir. Onları təhqir etmək, incitmək günahdır. İkincisi, qaynana və qaynataya ehtiram göstərmək ailə düzəninin qorunmasına və ərlə arvadın münasibətlərinin mehriban olmasına müsbət təsir edən amillərdəndir. Əlbəttə, əgər qaynana və qaytananın dediklərində dinlə və məntiqlə sübuta yetmiş səhv cəhət varsa, buna ədəb-ərkanla etiraz etmək olar.



Bunu da qeyd edək ki, şəriət baxımından, qadın hər kəsdən öncə öz ərinin sözünə itaət etməlidir. Ərinin sözünü üstün saymaq şərti ilə qaynana və qaynatasının da ehtiramını gözləməsi lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!