Qeybi bilmək yalnız Allaha məxsusdur

Qeybi bilmək yalnız Allaha məxsusdur
Qadın və Din
10.09.2017 6
"Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah)
bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq
yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum,
(kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda
(lövhi-məhfuzda) olmasın!” (əl-Ənam, 6/59)

Qeyb - ağıl və hiss yolu ilə haqqında bilik əldə etmək mümkün olmayan
varlıq sahəsi deməkdir. Müqəddəs Kitabımızda altmış yerdə işlənən bu
kəlmə Allaha (c.c.) nisbət edilən yerlərdə yalnız Allahın bildiyi mütləq
qeybi bildirir. Bununla yanaşı, Qurani-Kərimdə Rəbbimizin bəzi
bəndələrinə qeyb haqqında məlumat verdiyi də bildirilir. Məsələn,
Həzrəti İbrahimə (ə.s.) göylərin və yerin səltənəti göstərilmiş
(əl-Ənam, 6/75), Həzrəti Yusifə (ə.s.) də röyaları yozmaq elmi və
qövmünün yeyəcəyi yeməkləri əvvəlcədən bilmə qabiliyyəti verilmişdir
(Yusif, 12/21, 37). Buna görə qeybi ikiyə ayırmaq mümkündür: biri yalnız
Allahın bildiyi mütləq qeyb, digəri isə Onun bildirməsi ilə insanların
da bilə biləcəyi izafi (nisbi) qeyb. Qiyamətin nə vaxt qopacağı mütləq
qeyb nümunələrindəndir. Bunu Allahdan başqa heç kim, ya təbii yoldan və
yaxud bir vasitə ilə də olsa, heç cür bilə bilməz. Yağışın nə zaman
yağacağı, rəhmdə uşağın varlığı və cinsi isə nisbi qeybin
nümunələrindəndir. Bu biliklər təbii vasitələrə görə qeyb biliyidir,
meteorologiya və tibbi vasitələrə görə insanların əldə edə biləcəyi
biliklərdir. Bu qeyb növünü (nisbi qeybi) vasitələrlə bilmək mümkündür,
lakin bunu bilməklə insanlar qeybi bilmiş sayılmırlar. Çünki həmin
vasitə icad edildiyi andan etibarən onunla əlaqəli bilik "qeyb biliyi”
olmaq qüvvəsini itirir.



Sevgili Peyğəmbərimiz (s.ə.s.) də Allahın (c.c.) ona öyrətdiklərindən
başqa, qeyb haqqında bilik sahibi deyil. Loğman surəsinin 34-cü ayəsində
Allahın elm və qüdrətinin sonsuzluğunu xülasə edən və ilahi bilik ilə
insan biliyi arasındakı böyük fərqi göstərən ifadələr yer almaqdadır:



"Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı
göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb
edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər
şeyi) biləndir, (hər şeydən) xəbərdardır!”



Klassik təfsir kitablarında bu ayəyə istinad edərək qiyamətin nə vaxt
qopacağını, yağışın nə vaxt yağacağını, ana bətnindəki uşağın cinsinin
və dərisinin rənginin nə olduğunu, insanın gələcəkdə nələr əldə
edəcəyini, gələcəkdə hansı hallarla qarşılaşacağını və na vaxt, harada
öləcəyini Allahdan başqasının bilməyəcəyi irəli sürülüb, beləliklə,
onlara "müğayyəbati-xəmsə (beş bilinməyən)” deyilmişdir. Halbuki ayədə
qiyamətin nə zaman qopacağı elminin yalnız Allaha aid olduğu, beləliklə,
heç kimin sabah nə əldə edəcəyi və harada öləcəyini bilə bilməyəcəyi,
beləcə, bu biliklərin yalnız Allaha aid olduğu bildirilir. Lakin yağışın
yağma vaxtı və ana bətnindəki uşaq haqqında "Bunları da, sadəcə, Allah
bilir” kimi bir məhdudiyyətin olmadığı, yalnız yağışı Allahın
yağdırdığı, beləliklə, zamanını da, Onun ana bətnindəkiləri də bildiyi
ifadə edilir. Bu da klassik müfəssirlərin əksinə, bildirilən iki mövzuda
insanların əvvəlcədən bilik sahibi ola biləcəklərini göstərir. Belə ki
müasir dövrdə elm bu səviyyəyə gəlmişdir. Lakin şübhə yoxdur ki, bu,
insanın bildirilən mövzularda və yaxud buna bənzər mövzularda əvvəlcədən
bildiklərinin mütləq mənada eynisinin baş verəcəyi mənasında deyil,
çünki keçmişdə və gələcəkdə baş vermiş təbiət hadisələrini bütün
cəhətləri ilə qüsursuz şəkildə bilən Uca Allah insanların biliklərini və
təxminlərini yerlə yeksan edən yeni hadisələr yarada bilər və
beləliklə, insanların gözlədikləri hadisələr baş verməyə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!