Məsumlarımızdan hədislər

Məsumlarımızdan hədislər
Qadın və Din
10.09.2017 24
Həzrət Məhəmməd (s): "Sədəqə verməklə mal azalmaz."



Həzrət Məhəmməd (s): "Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə,yoxsul olmaz".



Xanım Fatimeyi Zəhra (s.ə): "Sizin ən yaxşılarınız - İnsanlarla ən mülayim,öz həyat yoldaşı ilə ən mehriban rəftar edəninizdir".



Imam Əli (ə)buyurur: "And olsun Allaha,mən bir dəfə də olsun Fatiməni
qəzəbləndirəcək bir söz söyləmədim, Fatimə də bir dəfə də olsun məni
Qəzəbləndirmədi".



Imam Baqir (ə) buyurur: "Əlinə fürsət düşəndə səhlənkarlıq etmə. Sənə zülm etmirşlərsə də,sən zülm etmə."



Həzrət Məhəmməd(s): "Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir".



Həzrət Məhəmməd(s): "Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər".



Həzrət Məhəmməd (s): "Allah-teala,bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər."



Imam Sadiq(ə) buyurur: "Kim zülm etsə, ya canına, ya malına, ya da övladlarına zərər dəyər".



Imam Həsən(ə): "Oğlum,bir şəxsi yaxşı tanımamış, Onunla dostluq etmə".



Imam Həsən (ə) buyurur: "Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy".



Həzrət Məhəmməd (s) buyurur: "Mömini şad edən məni şad etmiş, məni şad edən isə Allahı şad etmişdir".



Imam Baqir (s)buyurur: "Allahın verdiyi ruziyə qənaət edən kəs ən ehtiyacsız adamdır."



Imam Əli (s) buyurur: "Hər kəsin yeməyi az olsa, xəstəliyi də az olar."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!