Əhli-beyt aşiqləri üçün dini hədislər

Əhli-beyt aşiqləri üçün dini hədislər
Qadın və Din
10.09.2017 3
Burada yazdığım hədislər Pəyğəmbər(s) və əhli-Beyt(a) hədislərinin
bağçasından bir dəstədir.Əgər bu işimlə Allahın razılığını qazanmışamsa
özümü xoşbəxt hesab edirəm.



Rəsulullah(s) buyurur:"Namaz möminin məracidir."



Rəsulullah(s) buyurur:"Hər namazini qilanda elə düşün ki, bu sənin son namazindir."



Rəsulullah(s) buyurur:"Allah və qiyamət gününə inamı olan əhdə vəfalı olar."



Rəsulullah(s) buyurur:"Həya imandandır."



Rəsulullah(s) buyurur:"Əlinin(ə) mənə olan nisbəti,Harunun Musaya olan nisbəti kimidir."



Rəsulullah(s) buyurur:"Əli haqq ilə,haqq də Əli ilədir."



Rəsulullah(s) buyurur:"Fatimə mənim ürəyimin bir parçasıdır.Onu
sevindirən məni sevindirmiş,onu qəzəbləndirən məni qəzəbləndirmiş
kimidir."



Rəsulullah(s) buyurur:"Əməlsiz alim bəhrəsiz ağaç kimidir."



Rəsulullah(s) buyurur:"Təkəbbür edəni Allah xar və zəlil edər."



Rəsulullah(s) buyurur:"Qohumları yada salın,hətta bir salamla olsa belə.:



Rəsuli-Əkrəm (s.ə.v.v.) buyurur: insanları Cənnətə daxil edən səylərin
ən mühümü Allah qarşısında təqvalı olub, gözəl əxlaqa malik olmaqdır.



Rəsulullah(s) buyurur:"Iman ve əməl vəhdət təşkil edir.Əgər biri digəri ilə uyğun gəlməzsə bu düzgün deyil."



Rəsulullah(s) buyurur:"Imani düz,əməli saləh insanin bəlası çox olar."



Rəsulullah(s) buyurur:"Gizlində sədəqə vermək Allahin qəzəbini söndürər."



Rəsulullah(s) buyurur:"Behiştə girəcək ilk səxslər şəhidlərdir."



Rəsulullah(s) buyurur:"Həsən və Huseyn Cənnət cavanlarının ağasıdır."



Rəsulullah(s) buyurur:"Mən kimin mövlasiyamsa Əli də onun mövlasıdır."



Rəsulullah(s) buyurur:"Əli(ə) Kəbə mislindədir."



Rəsulullah(s) buyurur:"Əlini(ə) yad etməklə məclislərinizi zinətləndirin."



Rəsulullah(s) buyurur:"Əli kimi cömərd,Zülfüqar kimi qılınc yoxdur.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!