İslamda intim həyata münasibət necədi?

İslamda intim həyata münasibət necədi?
Qadın və Din
10.09.2017 12
Müasir dövrümüzdə müsəlman ailələrində boşanmaların sayı getdikcə
artmaqdadır. Bunun müxtəlif ictimai, iqtisadi və digər səbəbləri var.



Bu səbəblərdən biri ər-arvad arasında olan intim münasibətdən
qaynaqlanır. Xüsusilə insanın intim həyatı onun şəxsiyyət kimi
formalaşmasında (və ya formalaşmamasında) mühüm yer tutur. Cinsi
münasibətdən asılılıq, öz təhlükəli fantaziyalarına tabe olmaq və yeni
hisslər yaşamaq həvəsi insanı bir çox hallarda fiziki və mənəvi olaraq
uçuruma yuvarlayır. Bəs İslam dini bununla bağlı nə deyir?



İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov analitik.az-a deyir ki,
dinimizə görə cütlüklərin evlənmələrinin ən başda gələn səbəblərindən
biri də intim münasibətin öz aralarında halal çərçivədə yerinə
yetirmələridir. Bəzi hallarda bu vacib dini məsələyə cütlüklər səhlənkar
yanaşır, bir-birlərinin haqlarını ödəmirlər. Bu gün belə problemlər hər
iki tərəfdən, həm kişidən, həm də qadından qaynaqlanır:



"Belə ki, çox hallarda kişilər özlərinə müsəlman desələr də, haram
işlərin aludəçiləri olurlar. Haram qəbul olunan siqaret çəkir, spirtli
içkilər içir, ailədə münaqişənin yaranmasına səbəb olurlar. Daha sonra
öz həyat yoldaşlarını yanlarına çağırdıqda onların itaətsizliyini anlaya
bilmirlər. Ümumiyyətlə, rəvayətlərdən gəlib ki, səhabələr günahları,
haramları etməkdən o qədər çəkinərdilər ki, heyvanları belə onlara qarşı
itaətsizlik etdikdə, bunların səbəbini özlərində axtarıb tapardılar.



Hətta Peyğəmbəri görüb, ona iman edənlər ondan öyrənmişdilər ki, ailə
camaatının sənə itaət etməməsinin səbəbkarı məhz sən özünsən. Çünki
əvvəlki dövrün Peyğəmbər davamçılarından birinin dəvəsi, atı, uzunqulağı
onun sözündən çıxanda günahlarına görə Allaha tövbə edər, Allahdan
bağışlanmasını istəyərdi.”



Ə. Həsənovun sözlərinə göprə, bu gün ailədə baş verən anlaşılmazlıqların
çoxunun səbəbkarı günahlardan çəkinməməkdir. Allah təala həm
Qurani-Kərimdə evlənməyi əmr etmiş, həm də göndərdiyi elçisinin dili ilə
bunun qaydalarını və şərhlərini bizə çatdırır. Bu şərtlər içərisində
qadına düşən vəzifə öz həyat yoldaşına qarşı təmənnasız itaət etməsidir:



"Belə ki, bir hədisdə Allah Rəsulu buyurmuşdur ki, əgər Allahdan başqa
nəyəsə səcdə olunmaqla əmr olunsaydıq, mən əmr edərdim ki, qadınlar öz
ərlərinə səcdə etsinlər. Ancaq Allahdan başqa kiməsə, nəyəsə səcdə
olunmaqla müsəlmanlar əmr olunmayıblar. Bu, qadınların öz ərlərinə
itaətin necə vacib olmasının göstəricisidir.



İlahiyyatçı bildirdi ki, insanın həyat yoldaşı onu tamamlamalıdır. Yəni
hər iki tərəf bu tamamlama işində problem çıxarmamalıdır. Xüsusi ilə
qadınlar bu məsələdə diqqətli olmalıdırlar, kişilər isə qadınlarının
itaətsizliyindən qorxaraq etdikləri səhvləri düzəltməlidirlər:

"Müsəlmanlar üçün ən gözəl örnək Allahın peyğəmbəridir. O, həmişə ev
işlərində də öz xanımlarına hörmət edər, onların hər birinin haqqını tam
verərdi. Bizdə kişinin öz həyat yoldaşına köməklik etməsi normal
qarşılanmır, amma İslam dini bunu savab iş adlandırır və bunun
müqabilində Cənnətlə müjdələnməyi vəd edir. Bu səbəbdən ailədə hər
məsələdə, xüsusi ilə cinsi münasibət zəminində hər iki tərəf halal
şərtlər əsasında bir-birlərinin tələbatlarını ödəməyə borcludurlar.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!