Qadın-kişi ayrı-seçkiliyinin çarəsi

Qadın-kişi ayrı-seçkiliyinin çarəsi
Qadın və Din
10.09.2017 36
Həqiqi ədalətin yaşanmadığı cəmiyyətlərdə qadın-kişi ayrı-seçkiliyi çox qabarıq nəzərə çarpır. Belə ki, bir çox ölkədə qadınlara çox vaxt ikinci təbəqə nümayəndəsi kimi baxılır və onlar cəmiyyətdən tədric edilirlər. Gücsüz və qorunmağa möhtac olduqları zənn edildiyi üçün əzilir, haqları pozulur. Buna görə də qadınların fikirlərinə çox əhəmiyyət verilmir.



Belə düşüncələrin hakim olduğu cəmiyyətlərdə qadınların işləyib müəyyən bir mövqeyə sahib olmalarına, hər hansı bir karyera əldə edərək zəkalarını, bacarıqlarını sübut etmələrinə əngəl törədilir. Bəzi ölkələrdə qadınlara özünə inamı olmayan, qeyri-sabit, zehni cəhətdən o qədər də inkişaf etməmiş insan kimi baxırlar. Bu yanlış "qadın xarakteri” anlayışı nəticəsində edilən hər hansı səhv, o şəxsin insan olduğu üçün yox, qadın olduğu üçün etdiyi səhv kimi göstərilir.



Bu cəmiyyətlərdə bir iş yeri üçün eyni təhsilə, eyni zəka və bacarığa sahib olmasına baxmayaraq, kişilər və qadınlar arasında bir seçim edilərkən, adətən, kişi işçiyə üstünlük verilir. Buna görə də qadınların işlədiyi sahələr olduqca məhduddur.



Bir çox qadın cəmiyyətdəki bu yanlış münasibətin təsirinə düşür. Bu təsirin nəticəsi olaraq da cəmiyyətdə geri planda qalmaqda heç bir problem görmürlər.



Geri qalmış ölkələrin çoxunda isə qadın-kişi bərabərsizliyi daha fərqli ölçülərdə ortaya çıxır. Bu ölkələrdə qadınlara təhsil, seçki, iş sahibi olmaq hüququ belə verilmir. Hətta nikaha girərkən həyat yoldaşını seçmə haqqına da sahib deyillər. Hər hansı bir mövzu haqqında fikir bildirmədikləri üçün, danışmalarına belə ehtiyac yoxdur. Qadınlar özləri ilə əlaqədar heç bir qərar verə bilmirlər. Onların əvəzinə bütün qərarları ataları, ya da həyat yoldaşları verir.



Bu səhv münasibətlərə illərlə müxtəlif çarələr tapmağa çalışmışlar. Qadınların haqlarını qorumaq üçün qurulan təşkilatlar, azadlıq, bərabərlik, feminizm kimi anlayışların müzakirəyə qoyulması, müxtəlif proyektlər hazırlanması, konfranslar, panellər təşkil edilməsi bu axtarışların sadəcə bir hissəsidir. Bütün bu səylərə və çalışmalara baxmayaraq, tapılan çarələrin əslində heç bir hüquqi statusu yoxdur. Bu nəticə son dərəcə təbiidir. Çünki bütün digər problemlərdə olduğu kimi əsl çarə "Quran”dadır.



Həqiqi "Quran” əxlaqının yaşandığı cəmiyyətdə cəmiyyəti meydana gətirən fərdlər arasında qətiyyən ayrı-seçkilik yoxdur. Bir insanın qadın, kişi, zəngin, kasıb, yaşlı, gənc və ya uşaq olmasının heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan bu şəxslərin cinsiyyətləri, mövqeləri, sərvətləri, ya da başqa hər hansı bir xüsusiyyətləri deyil, etdikləri yaxşı işlər və Allaha olan yaxınlıqları, yəni təqvalarıdır. Bir "Quran” ayəsində müsəlmanlara "(Özünüzlə) azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. ” (Bəqərə surəsi, 197) sözləriylə bu mövzunu xatırladılır.



Həmçinin "Quran”da möminlərdən saleh əməllər işləyən qadınlar və kişilər olaraq bəhs edilir. Quranda möminlərin kişi və ya qadın olmalarının deyil, Allahın əmr etdiyi əxlaqı yaşamalarının əhəmiyyətinə diqqət çəkilir. Bu mövzudakı ayələrdən bəziləri belədir:



"Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. Allah mömin kişilərə və mömin qadınlara (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur.” (Tövbə surəsi, 71-72)



"Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.” (Əhzab surəsi, 35)



"Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (Nisa surəsi, 124)



 Nərmin Kərimzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!