İndi üzünə baxacaq üzüm yoxdur deyə utandığımdan üzümü səcdəndə gizlədirəm

İndi üzünə baxacaq üzüm yoxdur deyə utandığımdan üzümü səcdəndə gizlədirəm
Qadın və Din
10.09.2017 15
Çoxaltdıqca savab yerinə deyəsən günah yığmışam. Nələri qazanmaq yerinə nələrini itirdim. İndi üzünə baxacaq üzüm yoxdur deyə utandığımdan üzümü səcdəndə gizlədirəm.



"Niyə?” adlı üsyanlarımın sayı çoxaldıqca, küfr üstünə küfr qazandıqca anlamırdım nəticəsin. Sanki dünyanın ağası mənmişəm kmii dikbaş və asi. Anlamırdım acizliyimi, yoxluğumu, kiçikliyimi. İndi üzünə baxacaq üzüm yoxdur deyə utandığımdan üzümü səcdəndə gizlədirəm.



Yaradan da həyatımı öz əlimlə özümə verdiyin halda inkar etdim. Qarşı çıxdım, minnət etdim. Küsdüm Səndən, bəxdimdən, qapandım özümə küsdüm özümdən. Sonra davamlı stress, depressiya. Sonra təklik və İndi üzünə baxacaq üzüm yoxdur deyə utandığımdan üzümü səcdəndə gizlədirəm.



Artdı yalanlarımın sayı. Artı qeybətlər, günahlar tək-tək çoxaldı. Susa bilmədikcə sözümün mənası itdi. Dinləyə bilmədikcə eşitməz oldum həqiqətləri, SƏNi. Sonra dönüb baxdım özümə. Görünmədim özüm öz gözümə. Nə zaman böyüdüyümü anlamadan. Susdum. İndi iki əlim arasında başım, peşmanlığım. İndi üzünə baxacaq üzüm yoxdur deyə utandığımdan üzümü səcdəndə gizlədirəm.



İndi bax üzümə və de: Ey QUL! Hansı etdiyində xeyir tapdın ki sən? Səni ən böyük yaratmışkən özün öz əlinlə kiçilməyi seçdinsə. İndi ey QUL, sənə mərhəmətimi verdikcə zülmü özün seçdinsə. İndi ey QUL, sənə bağışlamağı verdiyimdə sən qisası seçdinsə. İndi gizlət üzünü səcdəm də əff edim səni. Keçim günahlarından ki, qalmasın əzabın cəhənnəmə. Bu dünya qalamaz sənə də.

İndi üzünə baxacaq üzüm yoxdur deyə utandığımdan üzümü səcdəndə gizlədirəm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!