Tanrı sevgisi barədə 7 test

Tanrı sevgisi barədə 7 test
Qadın və Din
10.09.2017 51
1.İnsan sevgilisi ilə görüşə tələsər. Əlində ki bütün işləri kənara atıb onunla görüşə tələsər. Həqiqi sevgidirsə işinin nə olmasından aslı olmayaraq onu atıb sevgilisinə qaçacaqdır. Biz əgər namaza qaçmırıqsa deməli hələ Allahı həqiqətəndə sevmirik.



2.Sevgili sevgilisi ilə görüşdən doymaz, yorulmaz, bezməz. Həqiqi sevgidirsə heçnə danışmasalarda onlar bir-birilərinin simasına baxmaqdan doymazlar. Sevgilisinin dilindən söz eşidmək üçün bəhanə axtarar və onunla söhbət edər. Biz namazdan bezib tez bitirməyə tələsiriksə bu həqəqi sevgi deyil.



3.İnsan sevgilisi ilə xəlvət məkan və zaman axtarar. Bunu istəməyən insanın sevgisinə inanmaz və önəm verməzlər. Biz Allahla vaxt keçirmək üçün zaman və məkan axtarmırıqsa deməli sevgimizdə problem var.



4.İnsan sevgilisinin yanında gözü başqasını axtarmaz. Başqasına baxmaqdan belə həya edər, ona xəyanət etməkdən utanar. Həqiqi sevgi bunu tələb edir. Biz naməhrəmə baxaraq Allaha xəyanət ediriksə dildə sevirik deməkdir.



5.Sevgi itaət və təslimə səbəb olmalıdır. Sevən insan sevgilisinin sözlərinə önəm verər, onu incitməmək üçün dediklərinə əməl edər. Biz Allahın vaciblərinə boyun əyməyib, haramlarına əməl ediriksə ona olan sevgimiz kamil deyil deməkdir.



6.İnsan susuzluğu zamanı suya tərəf, aclığı zamanı isə yeməyə tərəf qaçır. Biz namaza deyil namazdan qaçırıqsa demək hələ ilahi sevginin acı deyilik.



7.Bəzən isə insan ac olur lakin iştahası olmur. Biz İlahi eşqdən bəhrələnmək istəyibdə bunu edəbilmiriksə deməli ruhumuzu lazımsız qidalarla doyuzdurmuşuq.



İndi özümüz-özümüzə dəyər verək..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!