Allah ilə danışa bilirikmi?

Allah ilə danışa bilirikmi?
Qadın və Din
10.09.2017 22
Aləmlərin Rəbbi olan Allah, bir lütf əsəri olaraq qulları ilə danışmış və onlara kitablar göndərmişdir. Həmçinin izah etməsi və həyatı da bir-bir nümunə olması üçün peyğəmbərlər göndərib. Bəzi vədlərdə və xəbərdarlıqlar etmiş, ta ki insan imtahanını uğurla versin.



Digər tərəfdən Allah qulları ilə danışır da. Cənabı Allah əzəli və əbədi kəlam sahibidir. Peyğəmbərlərinə vəhy göndərdiyi kimi,qulları ilə da ilham yolu ilə danışır, qulların hər ehtiyacını onlara ilham yolu ilə bildirir, onlara kömək edir. Qullarının ürəyinə istədiyi məlumatları ilhamla ötürür, doğruları ilham edər.



Cənabı Haqq qullarına vəzifələrini ilhamla bildirir, ilhamla təlqin edir, qullarına istiqaməti ilhamla göstərir və hidayət verir. Xüsusilə heyvanların dərhal hamısı dünyaya gəldikləri zaman necə hərəkət edəcəklərini, ruzilərini nələrdən və necə əldə edəcəklərini, xəstəliklərində necə şəfa tapacaqlarını, həyat şərtlərinə necə uyacaqlarını bir instinkt də deyilən İlahi şaiq halında, yəni sövqü İlahi tərzində, yəni təlqin edilmiş məlumat paketləri tərzində beyinlərində tapırlar. Cənabı Haqq, bütün canlılara yaşadıqları müddətcə ehtiyacları olan şeyləri qüsursuz təlqin və ilham edir.



Dedim: Tənhayam.



Dedin ki: Mən sənə daha yaxınam. (Bəqərə 186)



Dedim:Bəli bilirəm.Amma mən səndən uzağam. Kaşki məndə sən yaxın ola bilsəm.



Dedin ki: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma! (Araf 205)



Dedim: Yardımını istəyrəm.



Dedin ki: Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz?(Nur 22)



Dedim: Əlbəttə bağışlamağını çox istəyirəm.



Dedin ki: Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! (Hud 90)



Dedim: Günahım çoxdur, bu qədər günahla mən nə edim?



Dedin ki: Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?!(Tövbə 104)



Dedim: Dəfələrcə tövbə edib tövbəmi pozmuşam, artıq üzüm qalmadı.



Dedin ki: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur. Axır dönüş də Onadır. (Gafır 3)



Dedim: Günahım çoxdur, hansının tövbəsini edim?



Dedin ki: Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (Zümmər 53)



Dedim: Dəfələrcə gəlsəm belə yenə məni bağışlayarsanmı?



Dedin ki: O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar. (Əli İmran 135)



Dedim: Səndən başqa kimim var?



Dedin ki: Allah qullarına yetməzmi. (Zümmər 36)



Dedim: Sənki bu qədər çox sevirsən və qullarına qarşı bu qədər mərhəmətlisən mən nə edə bilərəm?



Dedin ki: Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!) Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). Allah möminlərə rəhm edəndir!(Əhzab 41-43)



Öz-özümə təkrar elədim Allahım, səni çox sevirəm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!