Allaha təvəkkül etməyin əməli yolları

Allaha təvəkkül etməyin əməli yolları
Qadın və Din
10.09.2017 24
İslam mənbələrində təvəkkülə tərif vermək çox çətin idi. Əxlaq alimləri, arifləri onu fərqli tərif edirlər. Ancaq təvəkkülün əsl mənasını Allaha etimadda axtarmaq lazımdır.

İnsan Allaha etimad etməzsə, işlərini ona tapşıra bilməz. Əgər dilində desə də, ürəyi aram olmaz. İnsan, Allahın yer üzərindəki hakimliyini və səbəb və məlul əlaqəsinini dərk etmirsə təvəkkül kəlməsi onun üçün məchul bir kəlmə olaraq, qalar.

Allaha iman və Ona etimad bəsləmək nəticəsində təvəkkül çox güclü olar. Allah Təala Quranda buyurur: "Əgər imanınız varsa, yalnız Allaha təvəkkül edin». ("Maidə” 23).

İnsanın iman dərəcəsi hər nə qədər artarsa, təvəkkülü də bir o qədər artar. Allah buyurur: "Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. ("Ənfal” 2).

Allahın ayələrini düzgün dərk etmək möminin imanını artırar. Nəticədə təvəkkül yolu iman artarsa, hamar olar. Bu qəlb imanının ardınca bəndə Allaha etimad edər. Qüvvəsi çatmayan işləri Allaha tapşırar.

Nəraqi təvəkkülə bu cür tərif vermişdir: "Təvəkkül, yəni etimad etmək və bəndənin qəlbinin əmin olması və bütün işlərini Allaha həvalə etməsidir”.

Məhyələddin ibni Ərəbi təvəkkülə tərif verəndə yazır: "Təvəkkül Allah Təalaya qəlbən etimad etməkdir. Bu zaman insan öz hədəfinə çatmaq üçün zahiri vasitə olmadan iztirab keçirmir. Əgər iztirab keçirərsə, bu insan təvəkkül əhli deyildir”.

Şəhid Mütəhhərinin nəzərinə görə: "Təvəkkül o kəs üçün İlahi təzminatdır ki, Haqqın himayəçisidir. Yəni, əgər Allahın yolu ilə gedərsinizsə, bir növ İlahi himayədən bəhrələnərsiniz”.

Ona görə də o kəs ki, təvəkkül edir, Allahın şəfqətinə, hikmətinə və qüdrətinə etimad bəsləyir. Bu etiqad nəticəsində bütün rəftarlarında Allahı xatırlayır. İnsan bu zaman özünü Ondan asılı hesab edər, ona görə də qəlbində bir rahatlıq olar. Çətinliklə üzləşən zaman Allaha şəkk etməz və hər bir işini Ona tapşırar.

Təvəkkül edən şəxs maddi və qeyri-maddi vasitələrdən istifadə edərək, hədəfinə çatmağı İlahi iradə ilə bağlayır. Hər bir işində Ona söykənir və əmindir ki, Allah ona hər bir işində yardım edəcəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!