Peyğəmbərimizin (s.ə.s) dəyərli kəlamları

Peyğəmbərimizin (s.ə.s) dəyərli kəlamları
Qadın və Din
10.09.2017 6
1. Həddindən artıq gülüş ürəyin qənimidir.



2. Heyvanların da bəşər kimi ölümdən xəbərləri olsa idi, yağlı ət yeməzdilər.



3. Miqdarından 2 dəfə artıq qazanc gətirən hər borc sələmdir.



4. Şəhidin borcundan başqa qalan bütün günahları bağışlanacaqdır.



5. Sələmsiz verilən hər hansı bir borc sədəqədir.



6. Ən böyük düşmənim və ən uzaq olanlar bədxah və bədxasiyyətlilərdir.



7. Əxlaqı və davranışı ailə üzvlərinin xoşuna gələn adam həqiqi müsəlmandır.



8. Mən sizə xoşəxlaqlılıq öyrətmək üçün Peyğəmbər olmuşam.



9. Hər bir müsəlmana 2 xasiyyət yaraşmaz: bədxahlıq və acgözlülük



10. Halal yeməklə qidalanıb göstərişlərimə əməl edin.



11. Xəbislikdən uzaqlaşın.



12. Hikmətin qayəsi Allahdan qorxmaqdır.



13. Taleyin əmrinə itaət edin.



14. Dindarın xəstəliyi onun günahlarının cəzasıdır.



15. Müsəlmanı dinsiz adlandıran hər kəsin üzərinə dinsizlik düşür.



16. Başqalarının adını ləkələmək möminə yaraşmaz.



17. Murdar sözlə dili bulaşdırmaqdansa, susmaq yaxşıdır.



18. Alimlərlə söhbət etmək susmaqdan yaxşıdır.



19. Möminin yuxusu nübüvvətin (peyğəmbərliyin) qırx altı hissəciyindən biridir.

 

20. Pak olun natəmiz həvəsləri başınızdan çıxarın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!