Allahın "əl-Varis" adının mənası

Allahın
Qadın və Din
10.09.2017 9
əl-Varis sözü varis olan deməkdir. Allahın əl-Varis adı Qurani-Kərimdə üç dəfə cəm halında zikr edilir. Uca Allah buyurur: "Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və hər şeyə varis olan da (əl-Varisun) Bizik. Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik. Həqiqətən, Rəbbin onları bir yerə toplayacaq. Çünki O, Müdrikdir, Biləndir” (əl-Hicr, 23-25). "Zəkəriyyanı da yada sal! Bir zaman o yalvarıb demişdi: "Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!" Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona uşaq doğmağa qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər” (əl-Ənbiya, 89-90). "Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa orada heç kəs sakin olmadı. Onlara Biz varis olduq” (əl-Qasas, 58).

Uca Allah tək olduğu halda bəzən Quranda "Biz” deməsi



Qurani-Kərim ərəb dilində nazil olmuşdur. Ərəb dilində bir şəxs haqqında danışarkən onun üçün həm tək, həm də cəm şəklini isitfadə etmək olar. Lakin cəm şəkli ehtiram göstərmək, ucaltmaq və əzəmətləndirmək üçün istifadə edilir. Uca tutulmağa və əzəmətləndirilməyə Allahdan daha layiq olan bir kəs yoxdur. Ona görə də, Uca Allah Özünün tək və şəriksiz olduğunu isbat etmək üçün tək şəklindən, ucalığını və əzəmətini təsdiqləmək üçün isə cəm şəklindən istifadə edir. əl-Varis olan Allah, bütün yaratdıqlarının varisidir. Çünki bütün məxluqlar fani, O isə heç vaxt ölməyərək əbədi yaşayandır. Göylərin və yerin mülkü Ona məxsusdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!