Peyğəmbərimizin (s.ə.s) sevgi mövzusundakı tövsiyələri

Peyğəmbərimizin (s.ə.s) sevgi mövzusundakı tövsiyələri
Qadın və Din
10.09.2017 13
Peyğəmbər əfəndimiz (sav)-ın xüsusilə üzərində dayandığı ən əhəmiyyətli mövzulardan biri, möminlərin bir-birlərini heç bir mənfəət güdmədən, səmimi (qəlbdən) bir sevgi ilə sevmələri və bir-birlərinə qarşı kin, hirs və qısqanclıq kimi pis hisslər bəsləməmələridi. Peyğəmbərimiz (səv) bu mövzuda möminlərə ən gözəl nümunə olmuş, onlara tez-tez bu mövzularda tövsiyələr vermişdir.



Allah bu mövzu haqqında Quranda belə buyurmuşdur:



Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının səvabının (mükafatını) artırarıq!" Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!)  (Şura Surəsi, 23)



Peyğəmbərimizin (səv)-ın sevgi, dostluq və qardaşlıq haqqındakı hədisi-şəriflərindən bəziləri isə belədir:



"Mömin özü üçün sevdiyini qardaşı üçün də arzulayar"



"Hədiyyələşin, bir-birinizi sevin. Bir-birinizə yemək hədiyyə edin. Bu, ruzinizi artırar"



"Ziyarətləşin, hədiyyələşin. Çünki, ziyarət sevgini möhkəmlədər, hədiyyə də, ürəkdəki pis duyğuları kənarlaşdırar"



"Bir-birinizi qısqanmayın, bir-birinizə kin bəsləməyin, bir-birinizə çirkin sözlər söyləməyin, bir-birinizə arxa çevirməyin, bir-birinizin arxasından danışmayın. Allahın qulları,  qardaş olun!"



"Sizdən əvvəlki cəmiyyətlərin dərdi sizə də keçdi: Həsəd və kin. Kin saxlamaq pis şeydi. Allaha and olsun ki, iman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə iman etmiş ola bilməzsiniz. Sizə bir-birinizi sevəcəyiniz bir şeyi xəbər verim mi? Aranızda salamı yayın."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!