Sən

Sən
Qadın və Din
10.09.2017 32
Sən

"Siz insanlar arasinda cıxarılmış ən xeyirli bir ümmətsiniz, yaxşılığı əmr edər, pislikdən uzaq tutmağa çalışırsınız.... Çünki Allaha inanırsınız..” Fərmanının sahibisən!



Sən

Rəsulullahın: ”Orduya yardım edin” dediyi zaman, bütün sərvətini alıb gətirən və Peyğəmbərin: ”Uşaqlarına nə qaldı?” sualına "Allah və Rəsulu qaldı Ya Rəsulullah!” cavabını verən Hz. Əbubəkirin yolundasan!



Sən Dövlət rəisi olduğu halda, içi su ilə dolu tulumu belinə yükləyərək xalq içində dolaşan və oğlunun: "Ata niyə belə edirsən?” sualına "Oğlum! Nəfsimi bəyəndim.. Onu zəlil etmək, qürurumu qırmaq istəyirəm” deyən Qoca Ömərin izindəsən!



Sən

Müsəlmanlar arasında aclıq və qıtlığın höküm sürdüyü bir zamanda Samdan özünə aid zeytun yağı, üzüm və buğda yüklü olaraq gələn bir dəvəni yüklərilə bərabər yoxsullara verən Hz. Osmanın ardındasan!



Sən

Cibindəki 4 dirhəm sərvətinin 1 dirhəmini gizlicə, 1 dirhəmini aşkarda, 1 dirhəmini gecə qalan 1 dirhəmini də gündüz kimsəsizlərə sədəqə verən və Allah Rəsulunun: "Niyə belə etdin?” sualına "Bəlkə Allah bunların birini qəbul edər” cavabını verən Hz. Əlini təqib edənsən!



Sən

Qonaq olduğu evdə gecə səhərə kimi ayaq üstə duran və "Biz Quranın olduğu otaqda ayaqlarımızi uzadıb yatmaqdan həya edirik” deyən Osman Qazilərinin nəvəsisən!



Sən

Vətəni uğrunda vuruşarkən düşman qurşunlarının zərbələrilə bağırsaqları yerə tökülən, bir əli ilə onları qarnına yığarkən digər əlilə sinəsindəki başqa bir qurşunu çıxarıb yanindaki dostuna: "Al dostum! Egər dönsən bu qurşunu oğluma ver, deki: "Bunu sənə atan göndərdi. Ölmədi! Vətən uğrunda ülvi ruha çevrildi”-deyən şəhidlərin övladısan!



Sən Allah yolçususan! Sən Türksən! Sən Azərisən!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!