Dini terminlər

Dini terminlər
Qadın və Din
10.09.2017 38
Allah - Bütün varlıqları yaradan və ümumilikdə idarə edən ilahi Varlıq.Sözün özü "İlah”dır.İlah sözü nəzərdə tutduğumuz Allah - yaradan, yaşadan, yardım edən, ən uca ən böyük və s. kimi mənaları özündə əks etdirir.



Bismillah - "Allahın adı ilə” yaxud "Allahın istəyi ilə” deməkdir.Yola çıxdıqda, evə daxil olduqda, yeməyə-içməyə başladıqda, kitab oxuduqda, yataga uzandiqda, hətta cinsi əlaqəyə girdikdə belə əvvəlcə "Bismillah” demək bütün işlərdə Allaha sığınmaq, onu özünə arxa, yardımçı, dayaq bilməkdir.



Əl-Həmdülillah - "Bütün təriflər Allaha məxsusdur” deməkdir.Yemək yeyib yaxud su içib bitirdikdə, səfərdən evə döndükdə və ya hər hansı başqa bir işi sona yetirdikdə müsəlman olan hər bir şəxs bu imkanları ona bəxş edən Allahını yad edib "Əl-Həmdülillah” deməlidir.



Maşallah - Bu ifadə "Allahın istədiyi kimi olmuş” mənasını verir.



İnşallah- Bu ifadə "Allah istəsə”, "Allahın istəyi ilə” deməkdir.Hər hansı bir işin nəticəsi haqqında gələcək planlar barəde danışdıqda bu ifadəni söyləmək lazımdır.Bu sözü söyləməklə insan hər şeyin yalnız Allahın izni ilə baş verdiyini bir daha təsdiqləmiş olur.Belə ki, istisnasız hər bir iş məhz Allahın əlindədir.İnşallah bu mövzunu oxuyandan sonra siz də bu ifadədən tez-tez istifadə edərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!