Şükürlər olsun!

Şükürlər olsun!
Qadın və Din
10.09.2017 79
Tanrım! Şükür olsun sənə. Sənin kəramətinə. Hər nemətinə şükür. Mənə yazdığın bu gününə şükür! Mənə bəxş etdiyin sağlam cana, sağlam əqlə,rusiyə şükür.

Verdiyin hər şeyə görə şükür oxuyuram. Daima başımın üstündə olmağn üçün dua edirəm.

Dua edirəm ona görə ki, məni kimsənin ümidinə qoyub, möhtac eləməmsən. Sənə pənah gətirəndə qəbul etmisən.

Mən bəndəni paxıllıq, acgözlük, kin, nifrət kimi hisslərdən uzaq eləmisən. Ürəyimi geniş,özümü xeyirxah, saf yaratmısan ! Bütün bunlara görə dua edirəm. Mənə görən göz, dərk edən şüur vermisən, bunlara görə dua edirəm. Mənə sağlam ruh,sağlam zəka qisməti yazdıgına görə, səxavətini, nemətini məndən əsirgəmədiyinə görə dua edirəm!

Gündüzün günəşli, gecənin tərtəmiz nurlu ayına görə dua edirəm. Dumduru suya,tər-təmiz havaya gözlə görünən görünməyən nə varsa onlara görə dua edirəm !

Dönə-dönə sənə baş əyir,səcdə edirəm. Ürəyimi bir kimsəyə yox,sənə açıram.

Namaz qılmıram  (Qılacam inşALLAH) amma  dua edəndə əyilib yaratdıgın müqəddəs torpağı öpürəm. Nə ərəbcə,nədə farsca dua bilməsəmdə, öz doğma dilimdə sənə dua oxuyuram!

"Dərgahın var olsun, TANRIM!” deyirəm, özünlə birgə!!!



Yaşadığın bu günə görə,əlini açıb, ALLAH-a şükür et.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!