Kim zerre qeder pis is gormubse onun zererini cekecekdir.

Kim zerre qeder pis is gormubse onun zererini cekecekdir.
Qadın və Din
10.09.2017 7
Gənc bir cavan Mədinədə ALLAH rəsulunun yanına gəlir və soruşur:
İslam nədir?
Həzrət Peyğəmbər (s.a.s) buyurur:
Bizim daimi zikr etdiyimiz "Lə İlahə İlləllah, Muhəmmədən Rəsulullah "kəlmeyi-şəhadətidir" həmin gənc bu kəlmeyi-şəhadəti deyir və müsəlman olur, sonra yenə soruşur "başqa nə edim?
Peyğəmbər (s.a.s) buyurur: "Quran oxu"
Oğlan cavab verir:
Mən Quran oxumağı bilmirəm..
Həzrət məsciddə olan bir müsəlmana buyurur: Quranı bu adama öyrət..
Həmin müsəlman, ərəb gəncə Quranı oxumağı öyrətdi və dedi: Mənimlə birlikdə oxu!
"Bağışlayan və Mehriban ALLAHın adı ilə"
Yer özünə məxsus bir şiddətlə lərzəyə gələcəyi zaman insan:
Bu yerə nə olub? "deyəcəyi zaman, məhz o gün yer öz hekayətini söyləyəcəkdir..
ALLAHın ona etdiyi vəhy ilə o gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün qəbrlərindən dəstə dəstə çıxacaqlar..
Kim zərrə qədər yaxşı iş görmüşsə onun xeyrini görəcəkdir,
Kim zərrə qədər pis iş görmüşsə, onun zərərini çəkəcəkdir..
Sonra həmin müsəlman, ərəb gəncə dedi:
Bu surə kiçik surədir, elə mən oxuduğum qədərdir.
Ərəb bu sözlərdən sonra durub getdi..
Müsəlman soruşdu:
Hara gedirsən? Quranın başqa surələridə var, o, geniş kitabdır..
Cavan ərəb dedi:
İş belə gətirdiki bu surə belə mənim üçün çox oldu..Hər şeyi bu surədən başa düşdüm və anladım..
Müsəlman soruşdu:
Surənin hansı hissəsindən anladın?
Gənc oğlan:
Axırıncı hissəsindən deyə cavab verdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!