Salam!

Salam!
Qadın və Din
10.09.2017 16
Salam! Ey şöhrəti dünyanı tutan ərşə qədər,  

Salam! Ey yer üzünün əşrəfi son Peyğəmbər!  



Səni Rəbbin yerə rəhmət olaraq göndərdi,  

İntizarında olub çünki, min illərlə bəşər.  



Tanrı ol günki sənə verdi nübüvvət nurun,  

Yer göyə , göy də yerə "gözlərin aydin " dedilər.



Səni üstün yaradıb cümlə peyənbərlərdən,  

Kim ki Quran oxuiandır , sözümü təsdiq edər.  



Gərçi Mysa çomağın döndərə bilmiş ilana,  

Ayı bölmək ikiyə 1 ondan asandırmı məgər?!  



Gecə Meracda mələklər sənə Əhməddi dedi,  

Yerə endikdə Mühəmməd dedi kim gördü səhər.  



İman-əhli sevinərkən bu böyük möcüzəyə,  

Amma, kafirləri xar eylədi əslə bu xəbər.  



Dini- İslamə görə çəkdiyin zəhmətlər üçün,  

Səni kim sevsə ürəkdən, onu Allah da sevər.  



Rəbbimiz təkdi, tayı bənzəri -yoxdur , bəlli!  

Sənə də oxşarını görmədi heç bircə nəfər!  



Nə qədər vardı bu dünya , olacaqsan sən də,  

Çünki, Xaliq üzərində həmişə oldu sipər,  



Körpəlikdən O səni elmdə hüşyar elədi,  

Bu səbəbdən də sözün-söhbətin hər yanda gəzər.  



Sənsən elmin şəhəri , Yusif o şəhrin quludur,  

Sevinərdim , sənə layiq səni mədh etsəm əgər!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!