Xeyirli yuxu Allahdandır

Xeyirli yuxu Allahdandır
Qadın və Din
10.09.2017 42
Peyğəmbər  sallallahu aleyhi və səlləm  buyurdu: Xeyirli yuxu Allahdan, şərr yuxu isə şeytandandır. Biriniz xoşlamadığı çirkin bir yuxu görərsə həmən sol tərəfinə üç dəfə tüpürsün. Sonra da o, yuxunun şərrindən Allaha sığınsın (Başqa rəvayətdə: Hansı tərəfdə yatmışsa digər tərəfə dönsün). Belə edərsə o, pis yuxu artıq ona heç bir zərər verə bilməz və bu yuxunu heç kəsə xəbər verməsin. Əgər gözəl bir yuxu görərsə həmən sevinsin və o, gözəl yuxunu sevdiyi kimsələrdən başqasına xəbər verməsin (Müslim 2261).

Bir nəfər Peyğəmbər   sallallahu aleyhi və səlləm   in yanına gələrək dedi:   Mən yuxuda başımın kəsilmiş olduğunu və başımın ardıyca getdiyini gördüm . Peyğəmbər:  Yuxuda şeytanın səninlə oynamasını insanlara xəbər vermə  deyə buyurdu  (Müslim 2269). Əbu Hureyrə   radıyallahu anhu   rəvayət edir ki, Peyğəmbər  sallallahu aleyhi və səlləm   buyurdu:  Vaxtın sürətlə getməsindən müsəlmanların yuxuları demək olar ki, onları aldatmayacaqdır. Xeyirli yuxular görən kimsə ən xeyirli insan sayılacaq. Müsəlmanın yuxuları Peyğəmbərliyin qırx beşdə biridir  (Başqa rəvayətdə: Qırx altıda biridir, yetimşdə biridir) ( Buxari, Müslim). Peyğəmbər   sallallahu aleyhi və səlləm   buyurdu:  Yuxu üç cürdür: Saleh bir yuxu- Allahdan bir müjdədir, şeytandan olan bir yuxu- bu hüzündür və bir də insanın bir şey haqda çox düşünməsindən görülən yuxu  (Müslim 2263).

Peyğəmbər   sallallahu aleyhi və səlləm   buyurdu:  Mubəş-şiratdan başqa nübuvətdən bir şey qalmadı . Oradakılar:  Mubəşşirat nədir?  deyə soruşdular. Peyğəmbər:  Saleh yuxudur  deyə buyurdu (Buxari).

Peyğəmbər   sallallahu aleyhi və səlləm   buyurdu:  Məni röyasında görən məni görmüş kimidir. Çünki şeytan mənim surətimə girməz  ( Buxari). Peyğəmbər   sallallahu aleyhi və səlləm   buyurdu:  Röyasında məni görən ayıq ikən də məni görəcəkdir. Şübhəsiz ki, şeytan mənim surətimə girməz  ( Buxari, Müslim).

Pis yuxu görən nə etməlidir 114.

Üç dəfə sol tərəfinə tüpürməli  (Muslim, 4/1772).

Üç dəfə şeytandan və gördüyünün şərindən Allaha sığınmalı  ( Muslim, 4/1772 və 1773).

Onu heç kəsə danışmamalı ( Muslim, 4/1772).

Digər böyrü üstə çevrilməli ( Muslim, 4/1773). 115.

Əgər istəsə, qalxıb namaz qılsın  (Muslim, 4/1773).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!