Xoş xasiyyətlik və onun yaxşı səmərələri

Xoş xasiyyətlik və onun yaxşı səmərələri
Qadın və Din
10.09.2017 39
– Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Gerçəkdə mö`min bəndə gözəl xasiyyət vasitəsi ilə gündüzləri oruc tutub, gecələri namaz qılan adamın dərəcəsinə və məqamına çatar. Biharul-ənvar /71/373.



– İmam Əmirəl-mö`minin Əli əleyhissalam oğlu İmam Həsən əleyhissalama buyurdu: Oğul, heç bir sərvət ağıldan böyük, heç bir yoxsulluq cahillik və savadsızlıq kimi deyil, heç bir qorxu özünü bəyənməkdən dəhşətli ola bilməz və heç bir yaşayış gözəl xasiyyətdən ləzzətli deyil. Biharul-ənvar /78/111.



– İmam Həsən Müctəba əleyhissalam buyurur: Həqiqətən ən yaxşı şey gözəl xasiyyətdir. Xisal /29.



– Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Gözəl xasiyyət üç şeydədir: 1. Haramlardan qorunmaq; 2. Halallıq axtarmaq; 3. Ailə üçün rahatlıq hasil etmək (yaxşı dolandırmaq). Biharul-ənvar /71/394.



– İmam Zeynəl-abidin əleyhissalam buyurur: Yaxşı danışıq sərvəti çoxaldar, ruzini artırar, ölümü gecikdirər, adamı ailə yanında istəkli edər və onu cənnətə daxil edər. Xisal /317.



– İmam Sadiq əleyhissalam buyurur: Üç şey vardır ki, hər kəs onlardan birinə malik olsa, Allah behişti ona vacib edər: 1. Yoxsul olduğu halda ehsan və yaxşılıq etmək (Allah yolunda)l 2. Hamı ilə gülərüz və xoşrəftar olmaql 3. İnsaflı olmaq (yə`ni zərərinə də olsa belə haqqı deyə). Kafi /2/103.



- Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Ümmətimin behiştə getməsinə hər şeydən çox səbəb olan xislət təqva və gözəl xasiyyətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!