Müdriklərdən nəsihət

Müdriklərdən nəsihət
Qadın və Din
10.09.2017 19
Bir müdrikə soruşmuşlar:

"Əfəndim, dünyada ən çox kimi sevərsiniz?

"Dərzimi sevərəm," deyə cavab vermiş.

Sualı soruşanlar çaşmışlar:

"dünyada sevəcək o qədər çox kimsə varkən dərzi niyə?

O da haradan çıxdı? "

Müdrik, bu suala da belə cavab vermiş:

"Dostlarım, bəli mən dərzimi sevərəm. Çünki ona hər getdiyimdə, mənim

ölçümü

yenidən götürər. Amma o birilər elə deyil. Bir dəfə mənim haqqımda qərar

verərlər, ölənə qədər də, məni həmişə eyni gözlə görərlər.



Müdriklərdən nəsihət



Bir müdrikə soruşmuşlar:

- Bir insanın zəkasını haradan anlarsınız?

- Danışmasından.

- Ya heç danışmazsa?

- O qədər ağıllı insan yoxdur ki!



Müdriklərdən nəsihət



Bir müdrikə necə bu qədər doğru qərarlar ala bildiyini soruşmuşlar, "Təcrübəm"

demiş. O təcrübəni necə qazandın, deyə soruşmuşlar "Səhvlərimlə" demiş



Müdriklərdən nəsihət



Bir müdrikə soruşmuşlar:

"canınız nə istəyir? "

Müdrik cavablandırmış: "Canım heç bir şey istəməməyi istəyir.." və davam etmiş.. Bu ruh halının adı könül yorğunluğudur.



Müdriklərdən nəsihət



Bir müdrikə " Necə insan olarıq?" deyə soruşmuşlar .

"Üç addımla" kimi bir cavab vermiş müdrik adam:

Əvvəl sənə pislik edənlərə pislik düşünməməyin gəlir,

İnsanlığa atdığın ilk addım budur… Sənə pislik edənlərə yaxşılıq

edə bildiyin an isə ikinci böyük addımı təyin edər və həqiqi insan olmağabaşlarsan.

Nəhayət, sənə yaxşılıq edənlə pislik edən arasında bir fərq hiss etməyəcək hala gəldiyin zaman insan olarsan



Müdriklərdən nəsihət



Müdrikə soruşmuşlar dünya da ən gözəl şey nə deyə?

'Sevmək' demiş…

Yaxşı sonra? demişlər…

'Sevilmək' demiş…

Yaxşı bəs niyə sevmək sevilməkdən əvvəl gəlir? demişlər…

O da demiş ki 'insan sevdiyinə sevildiyindən daha çox əmindir…



Müdriklərdən nəsihət



Müdrikə Soruşmuşlar;

- insan niyə dilək diləyər?

- insan reallaşması üçün diləyər, amma bilməz ki reallaşdırmaq üçün

diləmək gərək.



Müdriklərdən nəsihət



Bir müdrikə soruşmuşlar ən xoşbəxt insan kimdir. "dağdakı çobandır" demiş.

"Niyə" deyə soruşmuşlar. Çünki demiş insan bildikləriylə yaşar, onun

bildikləri qoyunları və ətrafıyla məhdud, özünü bədbəxt edəcək və ya başını qarışdıracaq çox bir məlumata sahib deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!