Ey nəfsim

Ey nəfsim
Qadın və Din
10.09.2017 5
Ey, nəfsim...Özünü ağıllı hesab edirsən? Sənə axmaq deyənlərə hirslənirsən. Halbuki, səndən axmaq heç nə yoxdur. Sənin halın bilirsən nəyə bənzəyir? Özünün polislər tərəfindən hər an tutula biləcəyini və edam ediləcəyini bilə-bilə vaxtını əyləncəyə sərf edən bir insana bənziyirsən.

Ey nəfsim...Əcəl polisləri səni axtarır. Səni tapıb, aparmayıncaya qədər getməyəcəklərinə söz verdilər. Cənnət və Cəhənnəm sənin üçün yaradılmışdır. Əcəlin bu gün gəlməyəcəyi nə məlum? Ölüm kimsəyə səhər gələcəm, axşam gələcəm, yazda gələcəm, qışda gələcəm deməyir. Hər kəsə qəfildən və ummadığı bir vaxtda gəlir. Bax buna hazırlaşmadınsa, bundan daha böyük axmaqlıq ola bilərmi? O zaman sənə heyfislər olsun. Allahın bunları görmədiyini düşünürsənsə, kafirsən.

Yox, əgər Allahın günahlarını gördüyünə inanırsansa, bununla belə günah işləməyə davam edirsənsə çox həyasızsan ki, onun görməyinə əhəmiyyət vermirsən.

Ey nəfsim!, xidmətçin dediyini eləməzsə əsəbləşməzmisən? Bəs Allahın əsəbləşməyəcəyinə necə əmin ola bilərsən? Əgər Onun əzabını yüngül hesab edirsənsə, əlini yanan şamın üstünə tut, ya da qızmar günəş altında bir saat otur. O zaman nə qədər zavallı, nə qədər yazıq olduğunu, dayana bilməyəcəyini daha yaxşı anlayacaqsan. Yox əgər bu dünyada etdiklərinin cavabını verməyəcəyini düşünürsənsə, Qurani-Kərimi, 124 min peyğəmbəri danırsan, onları yalançı hesab edirsən. Bax, gör nə qədər yazıqsan, ey nəfsim...

Adi həkimin sənə dediyini etməklə sağlamlığın üçün istədiyin bəzi şeylərdən imtina edə bilirsən, amma, Cəhənnəm əzabının həmişəlik olduğunu unudursan? Onda sənə heyiflər olsun.

Əgər tövbə edərəm deyirsənsə, bəs ölüm qəfil gələrsə, tövbəyə imkan tapmasan necə?

Niyə, xəstə olmadan sağlamlığın, qocalmadan gəncliyin və ölmədən öncə həyatın qiymətini bilmirsən, vaxtında Allahın verdiyi bu nemətləri qiymətləndirmirsən? Yayda qış üçün tədarük görürsən də, bu dünyada ikən axirətin üçün tədarük görmürsən, savab qazanacaq işlər görmürsən, günahlardan tövbə

etmirsən?

Heyiflər  olsun sənə nəfsim, çox heyiflər olsun..

 

Leyla Məhərrəmovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!