4 sual - 4 cavab

4 sual - 4 cavab
Qadın və Din
10.09.2017 10
Bir nəfər Həzrət Əlinin (ə) yanına gəlib ərz etdi: "Dörd sual soruşmaq istəyirəm.”

Əli (ə) buyurdu: "İstəyirsən qırx sual soruş.”

Dedi: "Vacib nədir, daha vacib olan nədir? Yaxın nədir, daha yaxın nədir?

Təəccüblü nədir, daha təəccüblü olan nədir?

Çətin nədir, daha çətin olan nədir?"



İmam (ə) cavabında buyurdu: "Vacib Allaha itaətdir, daha vacib olan şey günahdan çəkinməkdir.

Yaxın Qiyamətdir, ondan da yaxın ölüm.

Təəccüblü dünyadır, ondan da təccüblü onu sevmək.

Çətin qəbirdir, ondan da çətini ora azuqəsiz getmək.”



Həzrət Əli (ə) buyurub: Heç bir iman sahibi olan gözə icazə verilmir ki, insanların günahlarını müşahidə etdiyi halda belə bir vəziyyəti dəyişdirməmiş göz qapaqlarını bir-birinin üzərinə qoysun. Qəlbi, dili və əli insanları günahlardan çəkindirməyən kəs dirilər arasında hərəkət edən ölü kimidir.



Həzrət Əlinin (ə) münacatı; Seyyid Muhəmməd Hüseyn Şəhriyar, Həzrəti Əlinin (ə) münacatını nəzmə çəkmiş;

 

Ey duanı eşidən, ey göyləri qaldıran!

Zəifə bəxşiş verən, ey əbədi hökmran!



Ey günah bağışlayan, gizlin işdən xəbərdar!

Ey eyiblər örtüsü, ey hər müşkülə açar!



Ey ən üstün sifətlər, yerdən toxum göyərdən!

Ey çürümüş sümüyə yenidən həyat verən!



Ey sürətli buluddan yağış yağdıran qüdrət!

Ey qıtlığı bolluğa döndərən uca hikmət!



Ey o dibsiz göyləri öz hökmüylə saxlayan!

Ey zülmətlər qoynunda ulduzları parladan!



Ey sübhü yaran qüvvə, ey uğurlar göndərən!

Küləyinin gücüylə buludlar pərən-pərən!



Ey dağların kökünü yerdə eyləyən möhkəm!

Ulu sənət sahibi, ey hər şeydən müqəddəm!



Ey düz yola bələdçi, düzə, doğruya sərpa!

Ey ruzilər paylayan, yurdları edən bərpa!



Ey fitnədən pənahım, ehtiyacım olan kəs!

Bir əmrinin nüfuzu yerə - göyə edər bəs.



Ey tiflə yemək verən, ey xəstələr şəfası!

Əsirlər azad edən, çarəsizin ətası!



Ey izzəti səbəbi, mənə bəxş edən həyat!

Qəm-qüssədən uzaq tut, Səndən istərəm nicat.



Hifz et o kəsdən məni, qiyaməti unutmuş,

Nəfsə uyub, mübarək dərgahından qovulmuş.



Ey məxluqi yedirən, quşlara qanad verən!

Sən nə qədər bilikli, hər bir şeyi Görənsən!



Ey hər kəsin üstündə nəzərləri sərbəsər!

Sənin nəzarətindən qaça bilməz bir nəfər.



Ey yaxşı əməlləri qəbul eyləyən hakim!

Sən xoş olarsan ondan, yaxşı iş görsə hər kim.



Məxluq üçün qoyduğun təkliflər, vəzifələr,

Lütfünün qarşısında kiçik, yüngül görünər.



Ey bizlərdən əzabı uzaqlarda saxlayan!

Ey hamıya ədalət günəşi tək parlayan!



Ey baxışları görən, sözü eşidən Xaliq!

Ləzzətləri bəxş edən, hesabında müdəqqiqскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!