İstəmərsən səni sevən biri olsun?

İstəmərsən səni sevən biri olsun?
Qadın və Din
10.09.2017 20
Burdan şeytan qəlbində ALLAH sevgisi olmayan şeytanlara səslənirəm
- İstəmərsən səni sevən biri olsun?
- İstəmərsən çətinə düşən də çağıracağın biri olsun?
- İstəmərsən sirrini saxlayan bir sirdaşın olsun?
- İstəmərsən dara düşən də ALLAH deyib səslənəcəyin biri olsun?
- İstəmərsən sənə həyat verən, hər cür nemətlə yaşadan birini tanıyasan?
- İstəmərsən özü görünməz olub, hər cür şeydən uzaq, pak-təmiz dostun olsun?
- İstəmərsən ki, səni hidayətə dəvət edən onca əlamət göndərən ALLAH-ı tanıyasan?
- İstəmərsən gecə başını yastığa qoyanda söhbət edəcəyin qəlb yoldaşın olsun?
- İstəmərsən ki, sonsuz həyatda ətəyindən tutacağın biri olsun?
- İstəmərsən ki, xoş bir hal yaşayanda əllərini göyə qaldırıb ŞÜKÜR edəsən?
- İstəmərsən ki, hamı kimi olub, məscidlərə namaz qılsasan?
- İstəmərsənmi ki, ALLAH üçün səcdəyə gedəsən?
- İstəmərsən ki, səni qorusunlar? Hər tərəfdən dara düşəndə?
- İstəmərsən ki, ALLAH-ı istəyəsən?
- İstəmərsənmi ki, bircə dəfə dəstəmaz alıb o müqəddəs kitabı Qur´ani-Kərimi oxuyasan?
- İstəmərsən ki, bircə dəfə ALLAH-ım mən gəldim deyəsən?
- İstəmərsənmi ki, günahlarımdan keç, ey Aləmlərin Rəbbi deyəsən?
- İstəmərsənmi ki, bəsirət gözlərin açılsın? Hər şeyin dərinliyinə varasan?
- İstəmərsənmi ki, canını tapşırmamış müsəlman olasan?
- İstəmərsənmi ki, qəbrdə Rəbbin kimdi sualıma hər şeydən uca olan ALLAH deyəsən?
- İstəmərsənmi ki, qiyamət günü müttəqilər siyahısına daxil olasan?
- İstəmərsənmi ki, axırıncı sur çalındığı vaxt Cənnətdə olasan?
Sən ey bütün varlığınla inkar edən şeytan qəlbli ALLAHa inanmayan insan
- Heç düşündünmü ALLAH kimdi?
- Heç düşündünmü mən necə yaradılmışam?
- Heç düşündünmü göylər, yer, bu sonsuz kainat necə var olub?
- Heç düşündünmü tək qaldığın vaxt mən necə düşünürəm deyə?
- Heç düşündünmü yazı yazmaq, danışmaq, dinləmək kimi duyğuları sənə kim verib?
- Heç düşündünmü ki, heç bir şey səbəbsiz deyil?
- Heç düşündünmü niyə varsan? Dərinliyinə vara bildinmi bu sualın?
- Heç düşündünmü yaradılış səbəbini?
- Heç düşündünmü ki, mən niyə yaşayıram bu həyatda?
- Heç düşündünmü niyə insanlar elə hey əyilib-qaxır namaz deyilən bir ibadətdə?
- Heç düşündünmü təkəbbür edənlərin yerini?
- Heç düşündünmü ki, vardır hər şeyin mükafatı?
- Heç düşündünmü ağılsızdı ki, bu qədər adam ALLAH deyib məscidləri ziyarət edirlər?
- Heç düşündünmü hər kəlmə söz yazılır mələklər tərəfindən?
- Heç düşündünmü axirətini? Sorğu-sualını?
- Heç düşündünmü onsuz müsəlman deyiləm ki, haqq-hesabım olsun?
- Heç düşündünmü ki, bu sözü şeytan pıçıldadı qulağına?
- Heç düşündünmü ki, hər yerdə alnından öpərlər ALLAH yoxdu deyən zaman səni?
- Heç düşündünmü ki, bunları mənə yazdıran hamımızın Rəbbi-dir?
- Heç düşündünmü bu sözlərlə ALLAH səni öz hidayət yoluna dəvət edir?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!