Peyğəmbərin saçlarını daraması və ətirlənməsi barədə

Peyğəmbərin saçlarını daraması və ətirlənməsi barədə
Qadın və Din
10.09.2017 11
Rəsulullah – ona və ailəsinə Allahın salavatı və salamı olsun - saçlarını ya özü darayar, ya da bunu onun üçün zövcələrindən biri edərdi. Saçlarını daramaqda Rəsulullah nə həddi aşar, nə də buna səhlənkar yanaşardı, yəni, nə dəqiqəbaşı saçını düzəldər, nə də onları baxımsız qoyar, əksinə, vaxtdan-vaxta onları darayıb gözəl şəklə salardı. Saçlarına və əyin-başına fikir verməyən kimsələri isə qınayardı. Cabir ibn Abdullah rəvayət edir ki, bir dəfə Rəsulullah bizə baş çəkməyə gəldi və orada saçları dağınıq bir kişi görüb dedi: "Məgər bu adam daraq tapa bilmir ki, onunla saçlarını səliqəyə salsın?!” Sonra o, üst-başı çirkli olan bir kişini görüb dedi: "Məgər bu adam su tapa bilmir ki, paltarını təmizləsin?!” (Əbu Davud, 4062). Həmçinin, o, ətir vurmağı xoşlayardı və heç vaxt ətirdən imtina etməzdi. Ənəs ibn Malik demişdir: "Rəsulullahın ətir qabı var idi və o, bu qabdakı ətirdən ətirlənərdi.”  Peyğəmbər ətirlənmədikdə belə, onun vücudundan gözəl iy gələrdi. Ənəs ibn Malik demişdir: "Mən Peyğəmbərin əlindən daha yumşaq bir ipəyə əsla toxunmamışam, Peyğəmbərdən gələn qoxudan daha gözəl bir müşk və ya başqa bir ətir qoxusu əsla iyləməmişəm”. (Səhih əl-Buxari, 1973). Rəsulullah demişdir: "Üş şeydən imtina edilməz: balışdan, ətirdən və süddən.” Burada söhbət hədiyyədən gedir. Adətən bu üç şey qonağa təqdim olunur. Bu üç şey, minnəti az olan hədiyyələrə aiddir ki, bunlardan imtina etmək bəyənilmir.[url=http://]http://[/url]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!