Hazırsanmı mömin qardaş?

Hazırsanmı mömin qardaş?
Qadın və Din
10.09.2017 2
Yavaş ya tez ömür keçir,

Hazırsanmı o dünyaya mömin qardaş?

Dünya fani,karvan gəlib,gözdən itir, Hərdən iti ,hərdən yavaş.

Hazırsanmı o dünyaya mömin qardaş?

İbadətdə təkmisənmi?

Haqq-hesabı çəkmisənmi? Qızıl güllər əkmisənmi?

Axirətə ciddi yanaş.

Hazırsanmı o dünyaya mömin qardaş?

Bu dünyaya bel bağlama,vəfasızdır,

Şeytan hər an bizimlədi,o xaini görmüsənmi?

Hələ varkən bu dünyada ölməmişdən ölmüsənmi?

Bu dünya bir imtahandır,imtahana ciddi yanaş.

Hazırsanmı o dünyaya mömin qardaş?

Bəhanələr orda keçmir,haqq işini bilməlisən, Ay Azançı burda ağla,axirətdə gülməlisən. Məzlumlara hörmət elə,qardaşlığa hörmət elə, Sən onları sevmmlisən,nə qədər ki,ölməmisən,  Haqq yolunda hər an savaş.

Hazırsanmı o dünyaya mömin qardaş?

Aldanmayaq bu dünyanın sərvətinə,bizim deyil. Gözəl qadın,oğul-uşaq,mülk-imarət bizim deyil, Deyirlərki, bircə kəfən,o kəfəndə bizim deyil. Bir əməldi bir ibadət,əməllərlə ucalar baş.

Hazırsanmı o dünyaya mömin qardaş?скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!