Dini terminlər

Dini terminlər
Qadın və Din
10.09.2017 13
Ayətullah - İslam aləmində ən yüksək dini rütbələrdən biridir. İslam elmlərinin incəliklərinə bələd olan alimlərə "ayətullah" deyilir. Lüğəti mə"nası "Allahın yer üzərində nişanəsi" deməkdir.

 

Aşura - lüğəti mə"nası "onuncu gün" deməkdir. Termin olaraq üçüncü İmam Hüseynin (ə) Kərbəla səhrasında faciəvi ölüm günü - yəni hicri-qəməri təqvimlə məhərrəm ayının 10-u "aşura" adlanır.

 

Ehram - həcc zamanı hacıların geyindiyi xüsusi libas. Ehram iki ədəd tikişsiz, ağ parçadan ibarətdir. Hacılar bu parçaların birini çiyinlərinə salır, o birini isə bellərinə bağlayırlar.

 

Əəcr - "savab" sözünün sinonimidir. Dini inanclara görə, insanın etdiyi hər bir xeyir əməl müqabilində Allah-təala ona əcr (savab) verir.

 

İctihad - İslam dininin əsas mənbələrini, yə"ni Qur"an, hədis və s.-yə müraciət edərək, onların əsasında şəriət hökmü vermək "ictihad" adlanır. İctihad etmək üçün mütləq bir sıra dini elmləri mükəmməl bilmək lazımdır.

 

Kəlmeyi-şəhadət - insanın müsəlmanlığını sübuta yetirən iki cümlə. "Əşhədu ən la ilahə illəllah. Əşhədu ənnə Mühammədən rəsulüllah" (Tərc: "Təsdiq edirəm ki, Allahdan başqa mə"bud yoxdur. Təsdiq edirəm ki, Məhəmməd (s) Allahın elçisidir, yə"ni peyğəmbərdir") cümlələrini deyən hər bir şəxs müsəlman sayılır və müsəlman icmasının bərabərhüquqlu üzvü hesab edilir. Qeyd: Cə"fəri məzhəbinə görə, kəlmeyi-şəhadətə aşağıdakı cümləni də əlavə etməyin çoxlu savabı vardır: "Əşhədu ənnə əliyyən vəliyullah" (Tərc: "Təsdiq edirəm ki, Əli (ə) Allahın dostudur").

 

Münacat - Allaha müraciət şəklində deyilən şe"r və nəsr nümunəsi. Münacatın əsas məzmunu Allaha həmd, şükr və duadan ibarətdir. Duaların mətnində, habelə müsəlman ədəbiyyatında, o cümlədən Azərbaycan klassik ədəbiyyatında xeyli gözəl münacat nümunələri vardır.

 

Nə"t - ədəbiyyatda Həzrət Məhəmməd Peyğəmbər (s) haqqında deyilmiş şe"r nümunələrinə "nə"t" deyilir. Nizami, Füzuli, S.ə.Şirvani kimi Azərbaycan şairlərinin dəyərli nə"tləri məşhurdur.

 

Peyğəmbər - fars dilindən tərcümədə hərfi mə"nası "xəbər gətirən" deməkdir. Allahla insanlar arasında rabitə yaratmaq, Allahın əmr və qadağanlarını insanlara çatdırmaq vəzifəsi peyğəmbərlərə tapşırılmışdır. Tarix boyunca Allah bəşəriyyətə 124 min nəfər günahsız (mə"sum) Peyğəmbər gondərmişdir ki, bunların birincisi Həzrət Adəm (ə), sonuncusu isə Həzrət Məhəmməddir (s).

 



FÜRQAN - tərcüməsi "fərq qoyan, bir-birindən ayıran" deməkdir. Qurani-Kərimin adlarından biri də "Fürqan"dır. Quran ayələrinin özündə Allah-təala bu səmavi kitabı həmin adla adlandırır. Qurani-Kərim haqla batili, yaxşı ilə pisi ayıran əsas meyar olduğu üçün ona bu ad verilmişdir. Çünki Quranın hökmlərinə əməl edən şəxs hər iki dünyada səadət əldə edir, bu hökmləri pozan adam isə ilahi əzaba düçar olur. Quranda buyurulur: "Aləmləri qorxutmaq üçün Fürqanı (yəni haqla batili ayıran kitabı) öz bəndəsinə endirən Allah nə qədər uca və uludur!" ("Furqan" surəsi, 1-ci ayədən).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!