Ramazan hazırlıqlarımıza bir nəzər salaq

Ramazan hazırlıqlarımıza bir nəzər salaq
Qadın və Din
10.09.2017 9
Cib telefonumuza bəzən mesajlar gəlir. Mesajın məğzi əslində; bu zaman içərisində bu məhsulu alsanız bu qədər məhsulu ucuz qiymətə ala bilərsinizdir..



Normalda alacağımız məhsulu endirimli halıyla daha qazanclı alma fürsəti qaçırılmaz təbii ki ...



Əslində olduğumuz müqəddəs aylar da maddi olmasa belə mənəvi qazanc zamanları deyilmi? Sair zamanlarda etdiyimiz ibadətlərə birə on savab verilərkən; Rəcəbi birə yüz, Şaban'dan birə üç yüz, Ramazanda isə birə min savab verildiyi bildirilir.



Ard-arda gələn bu ayların hikmətləri sərhədsizdir. Rəhmətin leysan yağdığı bu müqəddəs zaman dilimlərini Əfəndimiz belə şərh edir. "Rəcəb toxum əkmə, Şaban suvarma Ramazan məhsul etmə ayıdır." Baxdığımızda əslində bu günlər məhsul toplamaq zamanına hazırlıq aylarıdır.



Məhsul toplamaq ayında oruc vardır, Quran var, namaz vardır. Ən ümdəsi isə, Ramazan ibadətlərin əsas sahibinə hədiyyə edildiyi aydır.



Lakin, anti-depresanlar misali alışqan olmadığımız bir dərman necə bədənimizi ilk zamanlar sarsıdır, yorursa, bəlkə fizyolojimizin alışqan olmadığı oruc yaxud sıx ibadətlər də bizlərə ağır gələcəkdir.



Buna görə də, birə minlərlə yaşandığı o müqəddəs ayda sarsılmamamız üçün Rəcəb və Şaban ayında artırmağa başladığımız ibadətlərlə hazırlıq turları edək ki, Ramazana daha dinc və hazır bir şəkildə girək.



Yaxşı Ramazana necə hazırlıq aparılır? Mədəniyyətimizdə 11 ayın sultanını qarşılamazdan əvvəl dolablarımızı ağzına qədər doldururuz. Buzluğumuzda iftara hazırlıq olsun deyə hər çeşiddə yeməklərimizi atarıq.



Amma Ramazan hazırlığı bunlardan ibarət olmamalı ... Ramazan əvvəli oruca orucla Qurana Quran ilə alışmalı, ən böyük hazırlığımız bu olmalıdır.



Məsələn, hər gün edə bilməsəm də bazar ertəsi cümə axşamı orucu ola bilər. 1 ayda deyil də Rəcəb və Şaban olmaq üzrə 2 aylıq müddətdə Quran xətm edilməyə başlaya bilər .. Qəza ibadətləri artırılır. Ən əhəmiyyətlisi bolca tövbə-istiğfar ilə dua edilir.



Hazırlıqlarımıza başlayınca, başa düşürük ki, Rəbbimizin də inayəti Ramazan külfət deyil bərəkət, əmin-amanlıq ayı olacaq. Orucumuzu yuxuyla deyil, ibadətlərimizlə tutacağıq, inşallah.



Buna görə də Rəcəb Rəbbimizin, Şaban Əfəndimizin, Ramazanda möminlərin ayıdır ...



Və bizə bu aylarda elə gecələr, o gecələr içində elə saatlar vardır ki, Uca Allahın sizə olan rəhməti yağış kimi möminlərin üzərinə leysan yağar ...



İndi niyə bu rəhmət dəryasından nəsiblənmək varkən, bitmək bilməz nəfsimizlə qazanc günlərindən zərərli çıxaq?



Əfəndimiz buyurur: Rəcəb ayında gündə 70 dəfə tövbə-istiğfar edənə Allah-u Təala cəhənnəmi haram edər. Və yenə Allah Təalanın Rəcəb ayının hər saatı içində cəhənnəmdən azad etdiyi bir çox qul var.



 



Hər kəsə  uca Rəbbimizin  sadiq  bəndəsi olmaq  arzusu ilə..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!