Dərdimi sevirəm, çünki onu VERƏNİ sevirəm!!!"

Dərdimi sevirəm, çünki onu VERƏNİ sevirəm!!!
Qadın və Din
10.09.2017 35
"Dərdimi sevirəm, çünki onu VERƏNİ sevirəm!!!"
Tutaq ki, O səni sevmir yəni sevilmirsən. Sənə görməməzlik edir. Bu qədər səylərin var, niyazların, iniltilərin var. Həmişə bir sıra gözləmələrin oldu.
Kim bilir neçə dəfə əllərini açıb yalvardın, yalvardın. Bilmirəm görəsən kim bilir neçə dəfə səccadələrin islandı, dəqiqələrlə bəlkə də saatlarla qaldın. Həmişə gözlədin, gözlədin, gözlədin. Amma nəticədə gördün ki, dəyişən bir şey yoxdur. Sən həmişə eynisən. Dərdlər eyni dərd, kədər isə artmış eyni kədərdir. Pessimizm dediyin isə səni paltarın olub artıq. Geyinmisən, sanki bir daha çıxara bilməyəcəksən!
Yaxşı, giley etməyə dəyərmi? Sevməmək olarmı? Düşün, hələ səni sevməyə bilərmi? Onda bəs niyə yaradıb ki, səni?
Görünməz ən kiçik varlığın varlığından xəbərdar olan sənin niyazlarını eşitmir ola bilərmi? "Ola bilər bəlkə məni eşitmir, ola bilər" de. Dayanma de. "ALLAH məni eşitmir! Eşitsəydi məni bu haldan qurtarar, mənim üçün yaxşı olanı verərdi." de.
Elə canlılar var ki, indiki texnologiyayla görünməsi çox çətindir. Onları belə görə bildiyi halda səni görmür ola bilərmi? Deyə bilərsənmi "O məni görmür görsə bu halım dəyişərdi. Günahlarımdan ötəri məndən intiqam alır." De, bunu da de.
Deyə bilməzsən.
Yaxşı, belə düşünürsən həqiqətən?
Dərdlərin səni bitirdiyini düşünürsən deyilmi? Səndən başqa dərdli, qəmli, kədərli, çətinlikli heç kim yoxdur. Hər şey bir dənə səni tapdı. Pul dərdi desən cibdə qəpik yoxdur. Uşaq-muşaq desən alıb başını gedir səni dinləyən yoxdur. Yoldaşın ilə problemin var. İş desən ya işsizsən ya da işində müvəffəqiyyətsiz oldun. Tanışların desən, sənə dəyər vermir. Onların gözündə pulun varsa insansan. Of, həmişə dərd, dərd! Haqlısan bir yandan. Bəli çox çətinliklisən.
Ani bir qərarla mövzunu birdən-birə başqa deyimlə əlaqələndirirəm. Yaxşı dinlə!!!
Dərd sevdirər, dostum, sevdirər. Həm də necə sevdirər? Nə qədər dərdsizlər var ki, bir əlini qaldıran kimi əmrinə minlərlə insan hazırdır. Amma sevgisizdir onlar, dostum. Qulluqdan məhrumdur onlar. Ürəkləri möhürlənilmiş, qulaqları kar, gözləri kor olub. Sən nə böyük bir lütfdəsən ki hələ Ondan istəyirsən. Çünki O səni unutmur, özündən istədir. Səni başqa qapıya göndərmir. Səni öz qapısında gözlətdiyinə baxma. Xatırla bir Haqq dostunun incə düşüncəli sözünü:
"Sən qapını vur, açmaq içəridəkinin işidir!"
Dərd səni bişirir, dostum, bəlkə hiss etmirsən, amma həqiqətən də belədir.
Narahat olma, izlənirsən, eşidilirsən və görünürsən. Hətta sən hərdənbir unutsan belə, O səni saniyənin milyonda bir hissəsi belə olsa, eşidir, görür və ya izləyir! Ta ki, dünyaya ilk gəliş anından son anına qədər.
Yox əsla səhv anlama. Dərdini kiçik hesab etmirəm. Sənə deyə biləcəyim bunu əsla unutma və tez-tez de:
"Dərdimi sevirəm, çünki onu VERƏNİ sevirəm!!!"
Buna görə dərdini sev, dostum, dərdini çox sev. Çünki onu sənə təqdim edən BİRi var. Aydındır ki, vardır bir hikməti!!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!