İnsanın orucu batil edən işlərdən çəkinməsi müstəhəbb olan yerlər

İnsanın orucu batil edən işlərdən çəkinməsi müstəhəbb olan yerlər
Qadın və Din
10.09.2017 8
Məsələ 1719: Beş nəfər üçün, Ramazan ayında oruc tutmasalar da orucu batil edən işlərdən çəkinmələri müstəhəbbdir:



1. Səfərdə orucu batil edən işlərdən görüb zöhrdən əvvəl vətəninə, yaxud on gün qalmaq istədiyi yerə çatan müsafir;



2. Zöhrdən sonra vətəninə, yaxud on gün qalmaq istədiyi bir yerə çatan müsafir;



3. Zöhrdən sonra sağalan xəstə və həmçinin zöhrdən əvvəl sağalıb, hərçənd, orucu batil edən bir iş görübsə də; Amma əgər orucu batil edən bir iş görməyibsə, ehtiyat vacibə görə oruc tutmalıdır.



4. Gün ərzində heyz və nifas qanından təmizlənən qadın.



5. Əvvəlcə orucu batil edən bir iş görüb sonra müsəlman olan kafir.



Məsələ 1720: Oruc tutan şəxsin şam və xiftən namazlarını iftardan əvvəl qılması müstəhəbbdir. Amma əgər bir şəxs onu gözləyərsə və ya yeməyə meyli çox olduğundan hüzuri-qəlblə namaz qıla bilmirsə, əvvəlcə iftar etməsi daha yaxşıdır. Ancaq mümkün olan qədər namazı fəzilətli vaxtında qılması daha yaxşıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!