Müstəhəbb oruclar

Müstəhəbb oruclar
Qadın və Din
10.09.2017 22
Məsələ 1718: İlin bütün günlərinin orucu, deyilmiş olduğu haram və məkruh olan günlərdən başqa, müstəhəbbdir. Aşağıda sadalayacağımız günlərdə oruc tutmaq daha çox tövsiyə olunmuşdur:



1. Hər ayın birinci və sonuncu cümə axşamı günü və ayın onundan sonra birinci çərşənbə günü. Bu günlərdə oruc tuta bilməyən şəxsin həmin günlərin orucunu qəza etməsi müstəhəbbdir. Əgər insan əsla oruc tuta bilmirsə, müstəhəbbdir ki, hər bir günü üçün fəqirə bir müdd təam, ya 12/6 noxud sikkəli gümüş versin.



2. Hər ayın 13-cü, 14-cü və 15-ci günü.



3. Rəcəb və Şə`ban ayı tamamilə, ya bu iki ayın bir qədərini, hətta bir gün də olsa belə;



4. Novruz bayramı günü.



5. Şəvvalın dördündən doqquzuna kimi.



6. Zilqə`dənin 25-ci və 29-cu günü.



7. Zilhiccənin 1-dən 9-cu gününə (ərəfə gününə) kimi. Amma əgər zəiflik səbəbindən ərəfə gününün dualarını oxuya bilməsə, o günün orucu məkruhdur.



8. Qədir bayramı günü (Zilhiccənin 18-ci günü).



9. Mübahilə günü (Zilhiccənin 24-cü günü).



10. Məhərrəm ayının 1-ci, 3-cü və 7-ci günü.



11. Peyğəmbəri-Əkrəm, (səlləllahu ələyhi və alih)-in mövlud günü (rəbiyəl-əvvəlin 17-si).



12. Cəmadiyəl-əvvəlin on beşinci günü;



13. Həmçinin Həzrət Peyğəmbərin Be`sət günü (27 Rəcəb)



Müstəhəbb oruc tutan şəxsin, onu sona çatdırması vacib deyildir. Hətta əgər mö`min qardaşı onu yeməyə də`vət edərsə, də`vəti qəbul edib gün ərzində zöhrdən sonra olsa belə, iftar etməsi müstəhəbbdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!