Oruc tutana məkruh olan şeylər

Oruc tutana məkruh olan şeylər
Qadın və Din
10.09.2017 17
Məsələ 1629: Bir neçə şey oruc tutan üçün məkruhdur. Bunlar aşağıdakılardır:



1. Dadı və ya qoxusu boğaza yetişdiyi təqdirdə gözə dərman tökmək və gözə sürmə çəkmək.



2. Qan almaq və hamama getmək kimi zəifliyə səbəb olan hər bir iş.



3. Buruna dərman tökmək–əgər boğazına çatmasını bilməsə; və əgər boğaza çatacağını bilsə, caiz deyildir.



4. Ətirli bitkiləri iyləmək.



5. Qadının suda oturması.



6. Fitil işlətmək.



7. Bədəndə olan paltarı islatmaq.



8. Diş çəkdirmək və ağızdan qan gəlməyə səbəb olan hər hansı bir işi görmək.



9. Yaş çöplə dişləri təmizləmək.



10. Lüzumsuz olaraq ağıza su, ya bu kimi axan şey almaq.



Həmçinin məkruhdur ki, insan məni gəlməsi məqsədi olmadan öz arvadını öpsün, ya şəhvətini qaldıran hər hansı bir iş görsün.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!