Ramazan və “İftitah”

Ramazan və “İftitah”
Qadın və Din
10.09.2017 27
Bu ay üçün bir çox dualar göstərilmişdir. Təkcə "Məfatihul-cinan” kitabında (mə`sumlardan nəql olunmuş dualar çələngi) bir çox dualar gətirilmişdir. Bəlkə də, ömrümüz boyu onları bir dəfə oxumağa müvəffəq ola bilmədik. Amma Seyyid ibn Tavusun "İqbal” kitabı kimi başqa daha böyük dua kitabları var. Məsələn, ramazan ayının zöhr və əsr nafilələrinin arasında oxumaq üçün geniş dualar vardır. Çox az vaxtlar bu nafilələrin özünü qılmağa müvəffəq oluruq. Çox təsadüfən onların duasını oxuyuruq. Bə`zən duanı oxumağa müvəffəq olsaq da, dua zamanı lazım olan ruhiyyəni əldə edə bilmirik.

Bu ayın gecələrində oxumaq üçün mahiyyətli və münasib dualardan biri də "İftitah” duasıdır.

Əllamə Məclisi "Zadul-Məad” kitabında yazır: Həzrət Sahibul-Əmr (ə) mö`təbər sənədə əsasən öz şiələrinə buyurmuşdur: Ramazan ayının hər gecəsində bu duanı ("İftitah” duasını) oxuyun. Bu ayın duasını mələkələr eşidir və dua edən şəxs üçün tövbə qılırlar. Mərhum Hacı Şeyx Abbas Qummi də "Hədiyyətuz-zairin” kitabında bu mövzunu təsdiqləmişdir.

Seyyid ibn Tavus "İqbal” kitabında ramazan ayının dualarının sənədini araşdırarkən bir sıra rəvayətçilər silsiləsini qeyd etdikdən sonra tanınmış hədisçi Nəsr Əl-Səkunidən bu duanın sənədini nəql edib deyir: Əbu-Bəkr Əhməd ibn Məhəmməd ibn Osman Bağdadi mərhumdan ramazan ayına aid elə bir dua istədim ki, İmam Zamanın dörd naibindən biri olmuş Əbu-Cəfər Məhəmməd ibn Osman tərəfindən nəql edilsin. Qırmızı cildli bir dəftər çıxardı. Mən o dəftərdən bir nüsxə götürdüm. Bu "İftitah” duası idi. Tövsiyə olunurdu ki, bu dua hər ramazan gecəsi oxunsun. Sonra əlavə olunurdu ki, bu duanı mələklər dinləyir və dua edən üçün bağışlanma diləyirlər.

"İftitah” duası üstün və uca məzmuna malikdir. Bu duanın mövzuları dua edənə dua zamanı hansı qaydalara riayət etməli və hansı məsələlərə diqqət yetirməli olduğunu öyrədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!