Ağ tükün fəziləti və onun qoparmağın hökmü haqqında

Ağ tükün fəziləti və onun qoparmağın hökmü haqqında
Qadın və Din
10.09.2017 19
Əli(ə)-dan nəql olunmuş hədisdə deyilir:"Həzrəti İbrahim (ə)-ın zamanınadək kimsənin nə başında, nə də saqqalında ağ tük və ya saç olardı. Belə ki, bir məclisdə daxil olduqda orada iştirak edənlərin hansının valideyn və hansının övlad olduğunu ayırd etmək olmurdu.



Həzrəti İbrahim Allah-təalaya dua edərək deyir:İlahi! Mənə övladlarımdan seçilmək üçün bir nişanə ver. Allah-təala onun duasını qəbul edir və bir neçə gündən sonra İbrahim (ə)-ın başında və saqqalında bir neçə ağ tük görünməyə başlayır. İbrahim (ə) aynada özünə baxdıqda bir neçə ağ tük görür və təəccüblənərək Allah-təaladan soruşur. İlahi bunlar nədir? Ona xitab olunur: Bu bəşəriyyətin vüqarıdır. O bunu eşidib fərəhlənir və Allah-təaladan vüqarının artmasını dua edir.



Əli (ə)-dan nəql olunmuş başqa bir hədisdə deyilir:Başınızda və ya üzünüzdə ağ tük gördükdə onu dartmayın. Bu müsəlmanlığın nuru və bəşəriyyətin vüqarıdır. Hər bir müsəlman saç-saqqalında ağ tük olarsa qiyamət günü onun üçün nura çevrilər.



İmam Sadiq (ə) qiyamət günü üç şəxsə bir söz deməyib onları öz dərgahından uzaq edər:Məhşərdə insanlardan sorğu-sual edilərkən onların gördükləri savab işlər qəbul olunmaz və cəhənnəmin şiddətli əzabına duçar edərlər. Baş və saqqallarında ağ tükləri dartanlar,ləzzət məqsədi ilə özlərindən məni xaric edənlər və ləvat ilə məşğul olanlar.(Lavat kişinin kişi ilə yaxınlıq etməsinə deyilir). Bu da şəri nöqteyi nəzərdən haram və günah işdir.



İmam Rza (ə) Peyğəmbər (s)-dan belə bir hədis nəql edir."Başın qabağının sağ tərəfində ağ saçın olması yaxşı əlamətdir. Başının digər yerlərində olması isə insanın səxavətliyinə dəlalət edir. Başın arxa tərəfində ağ saçın olması isə pis əlamətlərdəndir. Bu şəxslərdən hər zaman qorunmaq və mümkün qədər uzaq olmaq lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!