Qadın hansı hallarda oruc tutmaqdan azaddır?

Qadın hansı hallarda oruc tutmaqdan azaddır?
Qadın və Din
10.09.2017 37
Qadın hansı hallarda oruc tutmaqdan azaddır? Tutmadığı orucların qəzası varmı?



Kişi ilə qadın üçün ümumi olan hökmlərdən əlavə, qadın daha üç halda oruc tutmaqdan azaddır. Birincisi, qadın heyzlidirsə və ya nifas (zahı) vəziyyətindədirsə, orucdan azaddır. İslam.az-ın məlumatına əsasən, sübh azanına kimi pak olsa, oruc tutmalıdır. Sübh azanından sonra pak olsa, o günün orucu batildir. İkincisi, əgər qadın hamilədirsə, oruc tutmaq onun özünün və bətnindəki körpənin sağlamlığına ziyandırsa, orucdan azaddır. Üçüncüsü, əgər qadının südəmər körpəsi varsa və oruc tutmaqla südü azalırsa, körpə də bundan əziyyət çəkirsə, bu halda da oruc tutmaqdan azaddır. Lakin hamiləliyə ziyan olmadığı və südü azalmadığı halda, orucunu tutmalıdır. Hər bir halda, oruc tutmazsa, sonradan günə-gün hesabı ilə qəza etməlidir, kəffarə də lazım deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!