Seyyidlər kimdir? Onların məqamı necədir?

Seyyidlər kimdir? Onların məqamı necədir?
Qadın və Din
10.09.2017 17
Müsəlmanların arasında xüsusilə də Əhli-beyt (ə) davamçılarının arasında
seyyidlərin xüsusi ehtiramı və hörməti vardır. Bəs seyyidlər kimlərdir?



"Seyyid”
sözünün lüğət mənası böyük, ağa və sərvər mənasını verir. Həzrət
Peyğəmbərin (s) və onun övladlarının nəslindən olanlara seyyid deyirlər.
Yəni o kəslərin nəsli ki, Haşim ibni Əbdmənafa çatır, seyyid
sayılırlar.



Seyidlərin bəziləri Peyğəmbərin (s)
əmiləri olan: Əbutalibin, Həmzənin, Abbasın nəslindən gəlir. Abbasın
nəslindən gələnlərə bəni-Abbas deyirlər.



Həzrət Peyğəmbərin (s)
oğlanları hələ kiçik yaşlarından dünyadan getmişdilər. Ona görə də
Həzrətin (s) nəsli Fatimeyi-Zəhra (s.ə) vasitəsilə davam edir.



Bütün
İmamlar (ə) və İmam Əlinin (ə) bütün övladları seyyid sayılırlar.
Seyyidlik Peyğəmbərin (s) vasitəsilə gəlsə də, ancaq yalnız Həzrətə (s)
aid deyildir. Bəlkə seyyidlik Bəni Haşimə də aid edilir. Yəni Əbutalibə,
Əqilə, İmam Əliyə (ə), Həmzəyə, Cəfər Təyyara və onların övladlarına.
Bir çox seyyidlərin şəcərə sənədləri mövcuddur və bu sənəd
nəsildən-nəslə ötürülür və bu da onun seyyid olmasını sübut edir.



Seyyidlərin iki mühüm budağı:



1.
İmam Əlinin (ə) üç övladından olan nəvələri. Bu oğlanlar: Muhəmməd
Hənəfiyyə, Abbas ibni Əli, Ömər ibni Əli. Onlara ələvi seyyidliyi çatır.



2. İmam Həsən (ə) və İmam Hüseynin (ə) nəvələri. Onlara Haşimi seyyidliyi çatır.



Kərbəla
hadisəsi zamanı İmam Səccaddan (ə) başqa İmam Hüseynin (ə) heç bir
oğlan övladı sağ qalmır. Ona görə də Hüseyni seyyidliyi onu vasitəsilə
davam edir. Sonrakı İmamların da seyyidliyi Hüseyni seyyidliyidir.



Seyyidlik
- mənəvi bir şərafətdir. Həzrət Peyğəmbərin (s) nəslinin fəziləti
haqqında çox sayda hədislər vardır. İmam Rza (ə) buyurur: "Biz nübuvvət
nəslinin insanlar üzərində olan haqqımız Peyğəmbərə (s) görədir.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!