Fitr bayramı namazıda müstəhəb əməllər

Fitr bayramı namazıda müstəhəb əməllər
Qadın və Din
10.09.2017 6
Fitr bayramı namazında savab ümidi ilə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:



1. Bayram namazında qiraəti ucadan oxumaq.

2.
Namazdan sonra cümə namazında olduğu kimi iki xütbə oxumaq. Fərq budur
ki, cümə namazında namazdan qabaq, bayram namazında namazdan sonra xütbə
oxunur. (Bu xütbə camaatla qılınan namaza aiddir).

3. Bu namazlarda
xüsusi bir surə oxumaq şərt deyil. Amma yaxşı olar ki, birinci rəkətdə
"Səbbihismi rəbbikəl-əla" surəsinin əvvəli, ikinci rəkətdə "Vəş-Şəms"
surəsi oxunsun.

4. Fitr bayramı günü bayram namazından öncə xurma ilə
oruc açılsın, Qurban bayramında namazdan sonra bir qədər qurban əti
yeyilsin.

5. Bayram namazından öncə qüsl verilsin, namazdan əvvəl və sonra dua kitablarında verilmiş dualardan oxunsun.

6. Bayram namazında yerə səcdə edilsin, təkbir deyilərkən əllər yuxarı qaldırılsın.

7.
Fitr bayramı gecəsi şam və xiftən namazlarından sonra, fitr günü sübh,
günorta və ikindi, eləcə də bayram namazından sonra bu təkbirlər
deyilsin: "Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllahu vəllahu
əkbəru, əllahu əkbəru və lillahil-həmd, əllahu əkbəru əla ma hədana"

8.
Qurban bayramı namazından sonra on namazı (onların birincisi bayram
gününün günorta və ikindi namazları, sonuncusu on ikinci günün sübh
namazı) başa vurub, eyni təkbirlər deyilir və əlavə olunur: "Əllahu
əkbəru əla ma rəzəqna min bəhimətil-ənami vəl-həmdu lillahi əla ma
əblana". Əgər Qurban bayramı günü Minada olarsa, bu təkbirləri on beş
namazdan sonra desin. Bu namazların birincisi bayram gününün günorta
namazı, sonuncusu Zil-hiccənin on üçüncü gününün sübh namazıdır.

9. Bayram namazı açıq fəzada qılınsın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!