Gəlinin cehizi

Gəlinin cehizi
Qadın və Din
10.09.2017 7
Müsəlman və mö᾽minlər arasında belə bir adət vardır. Atalıq, böyüklük, məhəbbət üzündən ailənin böyüyü, qızın himayəçisi öz övladına cehiz verir.

Bu məsələdə oğlanın və qızın ailəsinə xatırladılmalıdır ki, ənbiya və imamların əxlaqi xüsusiyyəti, Allahın böyük əhəmiyyət verdiyi qənaətə riayət olunsun. Qızın ailəsinin gücü çatdığı qədər göndərdiyi cehizi qənaət, məhəbbət gözü ilə qəbul etsinlər. Belə olan surətdə digərlərinin şəxsiyyəti qətiyyən təhqir olunmaz. Qızın valideyni də cehizin hazırlanmasında orta yolu tutaraq, israfdan çəkinməli və öz ictimai mövqeyini nəzərə almalıdır. Çünki israfkar Allahın düşmənidir.

Cehiz üçün olduqca bahalı ləvazimatın hazırlanmasına ehtiyac yoxdur. Cehizin xərci öz şər᾽i və ictimai hüdudlarını aşmamalı və ailələr bu üzdən ağır xərcə və borca düşməməlidirlər.

Bu məsələdə mütləq bəhsləşməkdən, digərlərinin israf edərək hazırladıqları təmtəraqlı cehizlərinə göz dikməkdən çəkinmək lazımdır. Bununla, gənclər ağır cehizlərə meyl etməz və yalnız varlı-dövlətli şəxslərin qapısına elçi göndərməzlər. Bundan əlavə, izdivac məsələsində digərləri üçün həllolunmaz problem icad olunmaz. Əks təqdirdə, insaniyyətlə təzad təşkil edən bu məsələ Haqqın nifrətinə və qiyamət gününün əzabına səbəb olacaq.

Cehiz halal maldan hazırlanmalıdır. Çünki gəlin və bəyin etdikləri vacib ibadət yalnız halal geyimdə şəriətə uyğundur. Valideynlər özlərini övladlarının hədsiz intizar və təvəqqeləri ucbatından qiyamət əzabına düçar etməsinlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!