İslamda həyat yoldaşı seçməyin yolu

İslamda həyat yoldaşı seçməyin yolu
Qadın və Din
10.09.2017 17
Vəhydən ayrı düşən və ya öncədən vəhylə heç bir əlaqəsi olmayan din, məzhəb və cərəyanlar həyat yoldaşı seçmək məsələsində İslamdan köklü şəkildə fərqlənirlər.

İslam mö᾽min şəxsə, müsəlmana hər istədiyi qızı seçməyə, eləcə də, mö᾽min və müsəlman qadına istədiyi hər bir şəxsə ərə getməyə icazə vermir. Çünki həyat yoldaşı seçərkən, insanın dünya və axirət səadəti, bu günün və sabahın xoşbəxtliyi, günah, aludəçilik və şeytani azğınlıqdan qorunması nəzərə alınmalıdır. İslam dininin prinsiplərinə əsasən, izdivacın məqsədi yalnız cinsi ləzzət, şəhvəti doyurmaq deyil. Əksinə, ondan məqsəd qadın və kişilərin dininin qorunması, ilahi bir ailə qurmaq, ləyaqətli övladlar yetişdirmək və Haqqın razılığını cəlb etməkdir. Elə buna görə də, izdivac prinsipləri çərçivəsində ailə qurmaq, öz mö᾽min xanımına məhəbbət bəsləmək, lazımı qədərincə cinsi ehtiyacların ödənilməsi, qarşılıqlı hüquqların qorunması, övlad sahibi olmaq, övlad tərbiyə etmək, ailəsini mənzillə, geyimlə, qida ilə tə᾽min etmək Allaha ibadət hesab olunur və bu yolda insanın atdığı hər bir addım üçün böyük bir savab nəzərdə tutulmuşdur.

Buradan İslamın bənzərliyə ‒ bir-birinə tay olmağa tə᾽kid etməsi mö᾽cüzəsi aydınlaşır. İnsan İslamda mövcud olan ilahi şərtlər əsasında izdivac etmək qarşısında bütün varlığı ilə tabeçiliyə vadar olunur. Əgər bu mə᾽nəvi və ilahi şərtlər nəzərə alınmazsa, onun qurduğu ailənin, yaşadığı həyatın, sürdüyü ömürün üz-gözündən şər və fitnə yağacaq, yaşadığı ev əzab, qəm-qüssə ilə dolu olacaq, sonu isə təlaq, boşanma ilə nəticələnəcəkdir. Dözüm, səbir olmadıqda isə psixoloji xəstəliklərə və ya iki tərəfdən birinin intiharına gətirib çıxaracaqdır.

İzdivac edərkən təqva, iman, əxlaq kəsb etməyən qadından uzaq durun. Bu xüsusiyyətlər əsasında tərbiyə olunmayan qadın öz əri üçün təhlükə və ziyandan başqa bir şey deyildir.

Bu mövzuda həzrət Baqirdən (ə) bir rəvayət nəql edilmişdir: «Allah rəsulu bir dəstə qadının yanından keçərkən, dayanıb onlara xitab etdi: «Mən aqillərin ağlını əlindən alan sizin kimi ağılı və dini qüsurlu olan başqa bir zümrə görmədim. Mən sizin əzabınızı bütün cəhənnəm əhlinin əzabından ağır olduğunu müşahidə etdim. Sizə ciddi şəkildə tapşırıram, imanınızı təkmilləşdirmək, mə᾽rifət kəsb etmək və insani keyfiyyətlərlə zinətlənməklə Allaha yaxınlaşın». (Vəsail, «Nikahın müqəddiməsi» bölümü.)

İmam Sadiq (ə) buyurmuşdur: «Mö᾽minin ən qatı düşməni onun pis həyat yoldaşıdır». (Bihar, 100-cü cild, səh-240.)

Digər bir rəvayətdə buyurur: «Günahın ilk mərhələsi altı xislətdir: Dünyapərəstlik, vəzifəpərəstlik, yatmağa meyl, qadınpərəstlik, qarınpərəstlik və rahatlığa meylli olmaq». (Vəsail, «Nikahın müqəddiməsi» 4-cü bölümü.)

Buna görə də, həyat yoldaşı seçərkən, burada rəvayətlərdən istifadə edərək, izah edəcəyimiz İslamın şərtlərinə diqqət yetirmək lazımdır. Sə᾽y etmək lazımdır ki, yalnız zahiri gözəllik, ailə qurmaq həvəsi, qadının var-dövlətinə göz dikmək və s. kimi məsələlər həyat yoldaşı seçməyinizə tə᾽sir göstərməsin.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Qadını var-dövləti və gözəlliyi üçün seçməyin. Onun var-dövləti harınlığa, gözəlliyi isə məhv olmağa yol açır. İzdivac edərkən qadının iman və dinini nəzərə alın»; (Müstədrəkül-vəsail, «Nikah» 13-cü bölümü.) «Əgər qərar olsa ki, bir şeydə nəhslik olsun, qadınlarda olar». (Bihar, 100-cü cild, səh-227.)

Bəli, iman, əxlaq və digər insani keyfiyyətlərə malik olmayan qadın ərinin uğursuzluğuna, həyatın mə᾽nasızlığına səbəb olur.

Rəsulullah (s) digər bir hədisdə buyurur: «Ən pis şey pis qadındır». (Həmən mənbə.)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!