Quran izdivacın həqiqi mehriyyəsi olur

Quran izdivacın həqiqi mehriyyəsi olur
Qadın və Din
10.09.2017 17
Həzrət Baqir (ə) buyurmuşdur: «Bir qadın həzrət Peyğəmbərin yanına gəlib, «Məni ərə verin»-deyə ərz etdi. Həzrət Peyğəmbər (s) üzünü camaata tutub, buyurdu: «Sizin hansınız bu qadını qəbul etməyə hazırdır?» Bir kişi ayağa duraraq dedi: «Mən». Həzrət (s) buyurdu: «Mehriyyə üçün nə verirsən?» Kişi «Bir şeyim yoxdur»-deyə cavab verdi. Həzrət buyurdu: «Mehriyyəsiz olmaz». Rəsulullah yenə təklifini təkrar etdi. Lakin həmin kişidən qeyrisi cavab vermədi. Həzrət (s) üçüncü dəfə də soruşdu. Sonra kişiyə buyurdu: «Qur᾽andan bir şey bilirsənmi?» O, «Bəli»-deyə cavab verdi. Həzrət (s) buyurdu: «Bu qadını - Qur᾽andan bildiyin qədəri öyrətməyin qarşılığında - sənə ərə verirəm».

İmam Rza (ə) buyurmuşdur: «Hər hansı bir mö᾽min digər mö᾽min qardaşının ailəsinə elçilik etsə və mehriyyə olaraq beş yüz dirhəm ödəsə və «mehriyyə azdır»-deyə qəbul etməsələr, ona zülm ediblər. Onlar Allah tərəfindən Huril-eyndən məhrum olunmağa layiqdirlər.» (Bihar, 103-cü cild, səh-348.)

Ümmi-Səlim İslamın ilk dövrlərinin qadınlarından və əsilli-nəsilli ailəyə mənsub idi. Ona elçilik edən gəncin müsəlman olmasını mehriyyə olaraq istədi. Bu həmin qadındır ki, övladı ölərkən ərinə təsəlli verdi və fəryad etməyə qoymadı. Allah-təala bu səbri qarşılığında ona gələcəkdə Əlinin (ə) dostlarından olan bir övlad verdi.

Kəramətli qızlar bu məsələyə diqqət yetirməlidirlər. Özlərinə uyğun olan bir şəxs onlara elçi göndərdikdə, ailələri izdivac məsələsini, xüsusilə də mehriyyə məsələsini çətinləşdirərlərsə, olduqca ədəb-ərkanlı şəkildə öz ailələri qarşısında dayanmalı, Haqq maarifini onlara çatdırmaqla ailələrini bu əməllərdən çəkindirməlidirlər. Çünki aza qane olmaq ilahi övliya və ənbiyaların əxlaqi sifətlərindəndir.

Həzrət Peyğəmbər (s) öz qızının həzrət Əliylə (ə) izdivacında çox az mehriyyə tə᾽yin etdi ki, bütün ümmətə nümunə olsun. Əziz ailələrin izdivac, xüsusilə də mehriyyə məsələsində öz Peyğəmbərlərinin etdiklərinə tabe olmaları zəruridir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!