İslamiyyətin əvvəllərində evlənmək nümunələri

İslamiyyətin əvvəllərində evlənmək nümunələri
Qadın və Din
10.09.2017 43
İslam dininin ilk çağlarında izdivac mərasimləri adətən çox sadə surətdə keçirilərdi.

Bir gün bir qadın Allah Rəsulunun (s.a.a.) hüzuruna gəlib, ona ərə getmək niyyətində olduğunu bildirir. Amma Peyğəmbər (s.a.a.) onunla evlənmək istəmir, bununla belə, o qadını da naümid etmək istəmir. Buna görə də mübarək başını aşağı dikir. Elə bu vaxt məclisdəki səhabələrdən biri ayağa qalxıb "Ya Rəsulullah, əgər siz istəmirsinizsə onda məni onunla evləndirin” deyir.

Həzrət üzünü qadına tutub soruşur: "Razısanmı?”

O qadın "Bəli, ya Rəsulullah!” deyə cavab verir. Sonra o kişiyə buyurur: "Mehriyyə üçün nəyin var?” O da "Bu geyindiyim köynəkdən başqa heç bir şey yoxumdur.” deyə cavab verir. Həzrət sual edir: "Qur`an bilirsənmi?” Deyir: "Vaqeə surəsini əzbər bilirəm.” Həzrət qadından soruşur: "Vaqeə” surəsinin sənə öyrətməsi müqabilində bu kişiyə ərə getməyə razısanmı?” Qadın razı olduğunu bildirir. Peyğəmbər (səlləllahu əleyhi və alih) beləliklə kəbin xütbəsini oxuyub qadının nikahını o kişi üçün bağlayır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!