İslam nəzərindən izdivacın əhəmiyyətinin səbəbləri

İslam nəzərindən izdivacın əhəmiyyətinin səbəbləri
Qadın və Din
10.09.2017 17
İslamda evlənməyin əhəmiyyətini göstərən dəlilləri iki qismə bölmək olar:

1. Cinsi hiss və qərizələrin tə`min olunması.

Evlənməyin əhəmiyyəti bundadır ki, insanların cinsi qərizə və istəkləri əql və şəriətin qəbul etdiyi düzgün yollarla tə`min olunsun ki, bu hislər tüğyan edib həddini aşmasınlar.

Əgər təbii və cinsi hislər Allah və ağlın bəyəndiyi yol ilə tə`min olunmazsa amansız fintə-fəsad alovu cəmiyyəti bürüyəcəkdir. İnsanın özü susuzluq zamanı suya, aclıq zamanı yeməyə ehtiyacı olduğu kimi, eləcə də cinsi-təbii hiss və qərizələrin coşduğu zamanda da onların təbii yolla tə`min olunmasına ehtiyac vardır. Eyni zamanda cinsi və təbii hislərin düzgün yollarla tə`min olunmasını təkcə evlənməklə mümkün olmasını unutmamalıyıq. Məhz buna görə də İslam insanların fitri və yaranış istəklərinə müvafiq olaraq evlənib ailə qurmağı əmr etmişdir.



2. İnsanın düzgün tərbiyə olunması və sağlam ruhlu olması.

Ailə qurmaq məsələsində İslam dininin tə`kid etməsinin ikinci mühüm səbəbi düzgün insan tərbiyəsidir.

Əvvəldə qeyd olunduğu kimi, ailə mühiti insanın islahı və tərbiyə olunması üçün dəyərli bir məktəbdir. Belə ki, ailə mühiti bir çox Allah bəyənən sifət və işlərin mənşəyidir. Lakin bir çox mənfi və bəyənilməz xüsusiyyətlərin ailə qurmamağın nəticəsində yaranmasını mütləq qeyd etmək lazımdır.

Evdə və cəmiyyətdə bə`zi meyl və istəklərimizi unutmalıyıq. Əgər belə olmazsa yaşayış çətinləşər. Bu fədakarlıq ailədə də lazımlı və zəruridir.

Ər-arvad Allah xatirinə evdə bir-birinin pis rəftarına dözsələr çox savab apararlar. Hədisdə belə deyilibdir:

"Əgər kişi arvadının pis əxlaqına göz yumub səbir edərsə Allah ona çəkdiyi əziyyətin əvəzi olaraq Əyyub peyğəmbərin (əleyhissalam) savabını verəcəkdir; və əgər bir qadın da ərinin pis əxlaqına dözüb səbir etsə Allah ona Asiyanın savabını əta edər.”( Asiya fironun arvadı olmasına baxmayaraq, çox imanlı möminə bir qadın оlmaqla Allah dərgahında böyük məqama və xas ehtirama malik idi.)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!